6 sentyabr 2015 14:20
Stiv Borq: Azərbaycana qarşı yaxşı oyun sərgiləməyə çalışacağıq
Malta yığmasının müdafiəçisi Stiv Borq AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
"Azərbaycan yığması indi daha da güclü komanda olub. Bakıda keçirilən oyunda biz özümüzü yaxşı tərəfdən göstərə bilmişdik. Qol vurmaq üçün də şanslarımız olmuşdu. İtaliya ilə oyunumuzdan sonra komandada daha da döyüşkən ruh yaranıb. Düzdür, dörd gün əzində ikinci oyuna çıxmaq asan olmayacaq. Amma biz yaxşı oyun sərgiləməyə çalışacağıq".
