6 sentyabr 2015 14:00
Andre Şembri: Azərbaycan yığması Maltadan güclü deyil
Malta yığmasının yarımmüdafiəçisi Andre Şembri AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
"Bakıda keçirdiyimiz ilk oyunda gördüklərim və yaşadıqlarım etibarilə onların bizdən güclü olduğunu düşünmürəm. Fikrimcə, bu oyunu xeyrimizə başa vurmaq üçün kifayət qədər yaxşı şansımız var".
