6 sentyabr 2015 13:45
Roderik Briffa: Azərbaycanla oyunda uğur qazana bilərik
Malta yığmasının kapitanı Roderik Briffa AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
"Azərbaycanla oyuna İtaliya ilə görüşdəki kimi yaxşı köklənməliyik. Biz yaxşı hazırlaşmışıq. Lazım olan məqamlarla bağlı xüsusi çalışmışıq. Uğur qazana bilərik. Buna əminəm".
