6 sentyabr 2015 13:15
Sergey Zenyov Litva ilə oyunda qol ötürməsi verdi
"Qəbələ"nin hücumçusu Sergey Zenyov Estoniya yığmasının heyətində növbəti matçını keçirib. Azerisport.az xəbər verir ki, o, AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Litva ilə ev oyununun iştirakçısı olub.
Qarşılaşma estonların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Zenyov 90 dəqiqə meydanda olub və qol ötürməsi ilə yadda qalıb.
Qeyd edək ki, Estoniya yığması 10 xalla E qrupunda 3-cü yerdə gedir.
