7 sentyabr 2015 01:38

Xorvatiya Norveçə uduzdu, İtaliya qalib gəldi

AÇ-2016-nın seçmə mərhələ həyəcanı davam edir. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının səfərdə Malta ilə qarşılaşdığı gündə "H" qrupunda daha iki görüş baş tutub.

Belə ki, Norveç yığması evdə bir neçə gün öncə Bakıda millimizlə görüşdə xal itirən (0:0) Xorvatiyanı qəbul edib. Heyətində ulduz futbolçuların yer aldığı Xorvatiya yığması bu dəfə məğlubiyyətlə üzləşərək qrupdan çıxmaq şanslarını daha da çətinə salıb. Çünki qələbə qazanan Norveç İtaliya ilə birgə qrupdan çıxmağa daha yaxın görünür.

Elə xorvatların Bakıdakı xal itkisindən sonra liderliyi ələ keçirən İtaliya isə Bolqarıstanla qarşılaşıb. Palermoda baş tutan görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.

AÇ-2016-nın seçmə mərhələsi
"H" qrupu

6 sentyabr

Norveç - Xorvatiya - 2:0
Qollar: Jo İnge Berget, 51. Vedran Çorluka, 69-öz qapısına.
Oslo. "Ullevol" stadionu. Baş hakim - Viktor Kaşşai (Macarıstan).

İtaliya - Bolqarıstan - 1:0
Qol: Daniele de Rossi, 6-pen.
Palermo. "Rentso Barbera" stadionu. Baş hakim - Sergey Karasev (Rusiya).

1İtaliya8530115+618
2Norveç8512108+216
3Xorvatiya8431165+1115
 4Bolqarıstan822479–28
5Azərbaycan8134613–76
6Malta8026313–102

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.