6 sentyabr 2015 12:30
Rəşad Sadıqov: Malta ilə oyunda da müsbət nəticəyə köklənmişik
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Maltaya qarşı keçiriləcək səfər oyunu ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyub:
"Biz öz şansımızı Norveçə ev oyununda uduzmaqla itirmişik. İndi əsas məqsəd gələcək üçün komandada özünəinam yaratmaqdır. Çalışırıq ki, komanda oyunu matça çıxmamış uduzmasın. Yəni psixologiyanı dəyişməyə çalışırıq. Malta ilə oyunda da müsbət nəticəyə köklənmişik. Malta yığması da bu oyunda qələbə qazanmağa çalışacaq. Çünki bu komanda hələ qələbə qazana bilməyib".
