6 sentyabr 2015 12:15

Zirə yoxlama oyununda Bakı üzərində qələbəyə sevindi

Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində “Sumqayıt”la oyuna hazırğlığı davam etdirən “Zirə” növbəti yoxlama oyununda qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, “qartallar” “Bakı” ilə üz-üzə gəliblər.

Baş məşqçi Adil Şükürov ilk “11-lik”də Kamal Bayramov, Sadiq Quliyev, Yovan Krneta, Çimezi Mba, Aleksandr Şemonayev, Viktor İqbekoyi, Tərzin Cahangirov, İqor İvanoviç, Rəşad Abdullayev, Nurlan Novruzov və Nelson Bonilaya şans verib. Qarşılaşmanın ilk yarısında qapılara qol vurulmayıb. Fasilədən sonra "Zirə"nin baş məşqçisi Luis Albertonu meydana buraxıb. 58-ci dəqiqədə Mbanın sağ cinahdan qapıya paralel ötürməsindən sonra Nelson “Zirə”nin heyətində ilk oyunundaca qol hesabını açıb. Ardından Anar Nəzirov, Ruslan Cəfərov, Eltun Hüseynov, İlqar Hüseynov, Təmkin Xəlilzadə, Vüsal İsgəndərli və Mirkamil Həşimli də mübarizəyə qoşulub. Qarşılaşmanın qalan dəqiqələri ərzində “qartallar” rəqibi daha 3 dəfə mərkəzə dəvət ediblər. Rəşad Abdullayev bir-birindən gözəl iki qola imza atıb. Son dəqiqədə isə məhz kapitanın ötürməsindən sonra müdafiəçiləri geridə qoyan Vüsal İsgəndərli qapıçı ilə təkbətək dueldən də qalib ayrılıb. Nəticədə, “Zirə” “Bakı” ilə yoxlama oyununda 4:0 hesablı qələbə qazanıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.