6 sentyabr 2015 11:45

Rahid Əmirquliyev: Malta ilə oyunda hər şey ola bilər

Azərbaycan yığmasının yarımmüdafiəçisi Rahid Əmirquliyevin azerisport.az saytına müsahibəsi

- Xorvatiya ilə seçmə mərhələ oyunundan (0:0) sonra özünüzü necə hiss edirsiniz?
- Bu oyuna görə bir qədər təəssüflənirəm. Çünki mənə elə gəlir ki, biz daha yaxşı oynaya bilərdik. Qonaqların qol vurmaq üçün daha çox şansları oldu. Bütövlükdə, onlar qələbəyə daha çox yaxın idilər.

- Millimizin hücum xəttindəki oyunu niyə alınmırdı?
- Top saxlaya bilmirdik. Bunu aradan qaldırmaq lazımdır. Gələcəkdə bu yöndə müsbət dəyişikliklərin olacağına əminəm.

- Malta ilə səfər oyunu öncəsi xorvatlarla heç-heçə atmosferə müsbət təsir edəcəkmi?
- Şübhəsiz ki, Maltaya yüksək əhval-ruhiyyədə gəlmişik. Amma Malta ilə oyun Xorvatiya ilə görüşdən asan olmayacaq. Ümumiyyətlə, xorvatlarla görüşü unudub, tam olaraq Malta ilə matça köklənməliyik.

- Klubla Malta təmsilçisinə qarşı mübarizə aparmasınız. Bu ölkədə oynamaq necədir?
- Bəli, "Xəzər Lənkəran"ın heyətində "Slima" ilə qarşılaşmışdıq. Bizi bu dəfə daha aqressiv kollektiv gözləyir. Malta yığmasının hətta Bakıdakı görüşdə də qol vurmaq şansları var idi. İndi onların doğma meydanda nələr edəcəyini təsəvvürünüzə gətirin.

- Biz niyə?
- Biz daha yaxşı futbol sərgiləməyə hazırıq. Səfərdən üç xalla qayıtmağa çalışacağıq. Amma Malta ilə görüşdə istənilən nəticə qeydə alına bilər. Hər şey mümkündür.

- Norveç səfərdə Bolqarıstana qalib gəlməklə üçüncü pilləni tutmaq yolunda önəmli addım atdı...
- Norveçlilər demək olar ki, üçüncü yeri özlərinə təmin ediblər. Bizə yalnız qarşıdakı oyunlarda maksimum xal toplamaq qalır ki, dördüncü pilləyə yüksələk. Bu tempdə davam etsək, buna nail olacağıq. Tsiklə necə başladığımızı nəzərə alsaq, dördüncü yeri tutmağımız yaxşı nəticə sayılacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.