Millimiz Malta ilə heç-heçəyə razılaşdı
Azərbaycan yığması AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində bu gün növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, millimiz səfərdə Malta ilə qarşılaşıb.
Bakıda bu rəqibinə qalib gəlmiş futbolçularımız bu uğurlu nəticəni səfərdə də təkrarlamağı hədəfləmişdi. Oyuna daha yaxşı başlayan millimiz hesabı da açan tərəf oldu. Lakin ikinci hissədə meydan sahibləri iki qol vuraraq, hesabda önə keçdilər. Yalnız sonda Rahid Əmirquliyevin vurduğu ikinci qol millimizə səfərdə 1 xal qazandırdı.
AÇ-2016-nın seçmə mərhələsi
H qrupu
6 sentyabr
21:00. Malta – Azərbaycan - 2:2 (0:1)
Qollar: R.Əmirquliyev, 36 (0:1). M.Mifsud, 55 (1:1). A.Effionq, 71 (2:1). R.Əmirquliyev, 80 (2:2).
Sarı vərəqə: A.Effionq, 45.
Ta-Qali. Milli stadion.
Hakimlər: Harald Lexner, Maksimilian Kolbitsç, Andreas Staudinger, Andreas Heydenreyx.
Əlavə köməkçi hakimlər: Aleksander Harkam, Yulian Waynberger (Hakimlər briqadası Avstriyadandır).
Malta: 1. Endryu Hoqq, 2. Aleks Muskat, 5. Andrey Aqius, 15. Stiv Borq, 17. Rayan Kamilyeri (3. Yozef Zerafa, 79), 7. Kleyton Failla (20. Stefen Pisani, 84), 8. Roderik Briffa, 11. Rouen Muskat, 9. Maykl Mifsud (k) (10. Endryu Koen, 61), 13. Andre Şembri, 19. Alfred Effionq.
Ehtiyat oyunçular: 23. Henri Bonello, 12. Yustin Haber, 21. Klifford Baldaççino, 4. Qaret Skiberras, 6. Klayd Borq, 18. Byorn Kristensen, 22. Zak Muskat, 14. Jan-Pyer Triqanza, 16. Terens Velya.
Baş məşqçi: Pyetro Qedin.
Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 3. Məhəmməd Mirzəbəyov, 5. Bədavi Hüseynov, 14. Rəşad Sadıqov (k), 21. Arif Daşdəmirov, 13. Dmitri Nazarov (6. Rəşad Sadiqov, 70), 19. Rahid Əmirquliyev, 20. Cavid Tağıyev, 22. Əfran İsmayılov (7. Araz Abdullayev, 73), 10. Ruslan Qurbanov (11. Rauf Əliyev, 81).
Ehtiyat oyunçular: 23. Səlahət Ağayev, 12. Aqil Məmmədov, 4. Pavel Paşayev, 15. Ruslan Abışov, 16. Tərlan Quliyev, 8. Eddi İsrafilov, 9. Məhəmməd Qurbanov, 17. Vüqar Nadirov, 18. Elnur Cəfərov.
Baş məşqçi: Robert Prosineçki.
