6 sentyabr 2015 11:00
Millimiz Belarusa bu dəfə qalib gəldi
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Belarusun Orşa şəhərində növbəti yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, belaruslu həmyaşıdları ilə qarşılaşan yığmamız Fərid Nəbiyevin vurduğu qol sayəsində 1:0 hesabı ilə qələbə qazanıb.
Xatırladaq ki, bu komandalar arasında sentyabrın 3-də keçirilmiş ilk görüş 0:0 hesabı ilə yekunlaşmışdı.
