4 sentyabr 2015 00:00

Prosineçki: 3 oyunda qol buraxmırıqsa, uduzmuruqsa, deməli, düzgün yoldayıq

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiyaya qarşı keçirilmiş oyunu şərh edib. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis qolsuz bitən görüşdən sonra bunları söyləyib:

"Oyunçularımla fəxr edirəm. Onlar bu gün Avropanın ən yaxşı komandalarından birinə qarşı mübarizə apardılar. Biz döyüşdük, futbol oynamağa çalışdıq. Azərbaycan futbolu üçün bu, yaxşı nəticədir. Bizim üçün hətta Malta ilə oyun da çətindir. Azarkeşlərə dəstəyə görə minnətdarlığımı bildirirəm.

- Niyə Rauf Əliyevi yox, Məhəmməd Qurbanovu oynatdınız?
- Bu suala cavab vermək istəmirəm.

- Rəqibi tanımağınız işinizə çoxmu kömək etdi?
- Bəli, xeyri oldu. Amma əsas odur ki, bu xalı öz oyunumuzla qazandıq. Belə oyun göstərdiyimizə görə fəxr edirəm. Belə rəqibə, bu cür futbolçulara qarşı oynamaq asan deyildi.

- Yığmamız artıq üç oyundur qol buraxmır və uduzmur...
- Deməli, düzgün işləyirik. Oyunçular bu dəfə də öz güclərinə inanırdılar. Uşaqlar öz üzərlərində çalışırlar. Azərbaycan bu cür futbolçularla fəxr etməlidir.

- Belə oyunla Malta ilə səfər matçında nəyə ümid edə bilərik?
- Yaxşı oyun sərgiləmək, qələbə ilə qayıtmaq üçün əlimizdən gələni edəcəyik. İndi isə hələlik, heç-heçəni bayram edək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.