3 sentyabr 2015 17:00

Çingiz Abdullayev: Neftçi Azərbaycanın şəffaf büdcəyə malik ilk klubu olmaq istəyir

"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev son dövrlər paytaxt klubunda, eləcə də ölkə futbolunda baş verən hadisələrə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, öncə bunları söyləyib:

- Mən iki həftə idi burada deyildim. Bundan istifadə edib axmaq-axmaq xəbərlər yayıblar ki, guya mən "Neftçi"dən incimişəm və buna görə oyunlara gəlmirəm. Bunlar hamısı yalandır. Mən doğrudan da burada deyildim. Oğlumun ad gününə getmişdim. O, İngiltərədə təhsil alır.

Bu yaxınlarda Azərbaycanda faciə baş verdi, jurnalist öldürüldü. Bu, böyük rezonansa səbəb olub. Hadisənin futbolla bağlı olduğunu hər yerdə bilirlər. Mən Azərbaycan PEN-klubunun prezidentiyəm. PEN-klub jurnalistləri və yazıçıları bütün dünyada müdafiə edən çox nüfuzlu təşkilatdır. İranda bizim şairlərimizdən 2 nəfəri saxlayanda PEN-kluba müraciət etdik, məhkəməni dayandırdılar və onları buraxdılar. Son hadisəyə gəlincə, beynəlxalq PEN-klub məndən tələb etdi ki, Azərbaycan PEN-klubunun rəhbəri kimi müraciətə qol çəkim ki, Azərbaycan klubları 3 illik beynəlxalq yarışlardan kənarlaşdırılsınlar. Onlar təzyiq edərək “Qəbələ” ilə “Qarabağ”ı Avropa Liqasından uzaqlaşdırmaq istəyirdilər. Təcili zəng vurdum AFFA-ya və məsləhətləşdik. Mənə bildirildi ki, məsələnin əsl mahiyyətini beynəlxalq PEN-kluba izah etmək lazımdır. Mən orda da bildiridim ki, Azərbaycan prezidenti İlham Əliyev bu məsələni rəsmi olaraq pisləyib və cinayət işi açılıb. Jurnalistin ölümündə günahkar olanlar və hətta şübhəli bilinənlər hamısı həbs ediliblər. Bu təşkilat UEFA-ya müraciət etsəydi, Mişel Platini elə həmin gün klublarımızın hamısını üç illik cəzalandırmaq barədə qərar çıxaracaqdı. Amma biz vaxtında bu məsələni bağlaya bildik. Fikrimcə, Azərbaycan futbolu üçün böyük iş gördük.

- Deməli, siz heç kimdən inciməmisiniz və klubu da tərk etməyə hazırlaşmırsınız?
- Mən getməyimlə bağlı raport yazmışam. Amma tarixini 1 dekabr 2037-ci il yazmışam. Çünki həmin il "Neftçi"nin yüz illiyi olacaq, mənim isə 78 yaşım. Əlbəttə, həmin dövrə kimi klubun sponsorları məni vəzifəmdən uzaqlaşdırmasa, heç bir yerə getməyəcəyimə söz verirəm. Azərbaycanın xalq yazıçısıyam. Amma haqqımda bəzi yazılanlar məni çox məyus edir. Həmin yazılar arasında elələri də var ki, üstündən sükutla keçmək olmur. Məsələn, həyat yoldaşımla bağlı yazılanlar. Bizim ölkəmizdə belə hadisə necə baş verə bilər? Həyat yoldaşı xanımının şəklini saytda görürsə, nə etməlidir? İcazə verilmiş sərhəddi keçmək olmaz. Həmin yazı ilə də bağlı məhkəməyə müraciət edəcəyik.

Bu gün mətbuatda oxuyuram ki, bizim idman direktorumuzla baş məşqçimiz bir-birini sevmirlər. İdman direktoru yazılanların hamısını ironiya ilə qarşıladı. Bütün bunlar "Neftçi"yə qarşı qəsdən edilir. Təkcə kluba yox, həm də sponsorumuza, idmanımıza. Bütün bunlar oxucuları yanıldır. Belədə insanlar düşünə bilər ki, "Neftçi"də belədirsə, onda digər klublarımızda nələr baş verir? Biz bunu belə qoymayacağıq.

- Ötən gün Müşahidə Şurasının növbəti iclasında nələri müzakirə etdiniz?
- Biz yeni komanda yaradırıq. Klubumuz Premyer Liqada ən gənc heyətə malikdir. Mən apreldə bu komandanı qəbul edəndə yığmaya bizdən heç kim dəvət almırdı. Amma indi yığmada beş futbolçumuz var. Bu, müsbət faktdır. Gizlətməyəcəyəm, "Neftçi"nin əcnəbi futbolçulara çoxlu borcu var idi. Bu da bizə ciddi problemlər yaradırdı. SOCAR sağ olsun ki, bu məsələnin həllində bizə yardımçı oldu. İki il sonra "Neftçi"nin 80 illiyi qeyd olunacaq. Bizim öz bazamız olmalıdır. İndiki baza klubumuzun səviyyəsinə uyğun deyil. Bizə bu məsələnin həll ediləcəyinə söz verilib. Biz həm də Azərbaycanda şəffaf büdcəsi olan ilk kluba çevrilmək istəyirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.