3 sentyabr 2015 15:30

Neftçi İdman Klubu futbolun inkişafına töhfəsini verir

36 idman növünü özündə birləşdirən "Neftçi İdman Klubu" İctimai Birliyinin Azərbaycan idmanında önəmli yeri var. Azerisport.az xəbər verir ki, klubuda idmanın şahı sayılan futbolun da inkişafına xüsusi diqqət göstərilir.

"Neftçi İdman Klubu"nun yeni layihəsində bu idman növünün daha da inkişaf etdirilməsinə geniş yer ayrılıb. Əlbəttə ki, ən populyar növün "onurğa sütunu" uşaq futbolu sayılır. İstənilən klubun peşəkarlaşması üçün uşaq komandalarına malik olması, bu idman növünü azyaşlılar və yeniyetmələr arasında inkişaf etdirməsi çox vacib şərtdir. Rövnəq Abdullayev AFFA prezidenti seçildikdən sonra bu sahəyə diqqət və qayğı daha da artıb. Rəhbərlik üçün prioritet məsələlərdən biri məhz uşaq futboludur.

"Neftçi İdman Klubu" bu fəaliyyət sistemini əsas götürərək uşaq futbolunun inkişafı ilə bağlı xüsusi layihələr həyata keçirir. Uşaq futbolunda çalışmış təcrübəli mütəxəssislər, kateqoriyalı məşqçilər bu işə cəlb olunub. Klub tərəfindən seleksiya xarakterli toplantılar keçirilir, istedadlı uşaqlar, yeniyetmələr seçilərək klubun müxtəlif yaş qrupları üzrə komandalara cəlb olunurlar. Belə tipli oyunlardan bir neçəsi də bu gün İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunun örtülü idman meydançasında keçirilib. Məşqçilər qarşılaşmaları izləyərək qeydlərini ediblər və fərqlənənləri seçiblər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.