3 sentyabr 2015 11:20

Elxan Abdullayev: Malta ilə oyuna görə Xorvatiya ilə matçı qurban verməyəcəyik

Azərbaycan yığmasının məşqçisi Elxan Abdullayevin azerisport.az saytına müsahibəsi

- Yığmamız AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiya və Malta ilə oyunların hazırlığına avqustun 24-dən start versə də, əksər aparıcı futbolçular toplanışın son günlərində düşərgəyə qoşuldular. Bu, millimizin yaxşı hazırlaşmasına mane olmadı?
- FİFA-nın müəyyən qaydaları var ki, onlara əməl etməyə borcluyuq. İstəsək də, istəməsək də, bu vəziyyətlə barışmalıyıq.

- Millinin Malta ilə oyunda 3 xal qazanmaq istədiyi heç kimə sirr deyil. Amma Bakıda Xorvatiyaya qarşı ilk oyun millidən çox güc alacaq. Bunu nəzərə alsaq, məşqçilər korpusunun hansı planları var?
- Biz indi Malta ilə oyunu düşünə bilmərik. Buna görə Xorvatiya ilə oyunu qurban vermək də olmaz. Hazırda ancaq Xorvatiya ilə oyunu düşünürük. Ondan sonra Malta ilə matçı düşünmək üçün üç gün vaxtımız olacaq.

- Robert Prosineçki üçün Xorvatiya ilə oyun prinsipial xarakter daşıyır?
- O, peşəkardır. Prosineçki üçün kimə qarşı oynamağın fərqi yoxdur. Bütün rəqiblər eynidir. Hər bir oyunda da məqsəd qələbə, uğur qazanmaqdır. Təbii ki, rəqibimiz Avropanın ən güclü kollektivlərindən biridir və ona ciddi yanaşırıq. Amma hansısa prinsipiallıqdan söhbət gedə bilməz.

- Xorvatiya ilə oyunun "Bakcell Arena"da keçirilməsini doğrudan da Prosineçki özü istəyib?
- Mənim bundan xəbərim yoxdur. Amma təbii ki, bu arena azarkeşlər tərəfindən daha tez və tam doldurulması baxımından əlverişli variantdır. Əsl futbol arenasında oynamaq oyunçular üçün də xoş olur.

- Xorvatların Modriç və Rakitiç kimi aparıcı futbolçularını dayandırmaq üçün hansı planlarınız var?
- Bizim öz düşüncələrimiz var. Amma bu haqda danışa bilmərəm.

- Vaqif Cavadovun "Xəzər Lənkəran"da debüt etmədən "Qəbələ"yə keçməsini necə qarşıladınız?
- Əgər ona bu klubda oynamaq komfortlu olacaqsa, o, "Qəbələ"yə keçməyi lazımlı bilibsə, uğurlar arzulayıram. Fikrimcə, bu komandada yaxşı oyun sərgiləyə bilsə, yığma komandaya da qayıda bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.