3 sentyabr 2015 00:05

Milli komandamız üçün Xorvatiyadan qisas almaq fürsəti

Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası növbəti matçına çıxacaq. Azerisport.az xəbər verir ki, yığmamız AÇ-2016-nın seçmə mərhələsindəki yeddinci oyununda Xorvatiyanı qəbul edəcək.

Qeyd edək ki, Xorvatiya Azərbaycan yığması üçün bu seçmə mərhələyə qədər tanış rəqib deyildi. Belə ki, millimiz cari tsiklə qədər sözügedən komanda ilə heç vaxt qarşılaşmamışdı. Amma tərəflər arasında ötən ilin oktyabr ayına təsadüf edən ilk oyun millimiz üçün faciəvi hesabla başa çatıb - 0:6. Hansı ki, məhz Osiyekdəki həmin oyundan sonra millimizin baş məşqçi postunda dəyişiklik baş verdi. Almaniyalı Berti Foqtsun istefası nəticəsində onu xorvatiyalı Robert Prosineçki əvəzlədi.

Xorvatiya yığması FİFA-nın son açıqlanan reytinq cədvəlində 13-cü yeri tutur. Azərbaycan isə bu rəqibindən xeyli gerirdə - 106-cı pillədə qərarlaşıb. Dünya və Avropa çempionatlarının iştirakçısı olmuş rəqibimiz kifayət qədər güclü komandadır.

Xorvatiya millisinə yerli mütəxəssis Niko Kovaç başçılıq edir. 44 yaşlı məşqçi 2013-cü ildən etibarən bu yığmanı çalışdırır. 2009-cu ildən məşqçilik edən mütəxəssis 2012/2013-cü illər aralığında ölkəsinin gənclərdən ibarət yığmasını çalışdırıb. Elə əsas komandaya da U-21-dən gəlib. Xorvatiya yığmasının hazırda qrupdan çıxmağa əsas namizədlərdən olması da məhz Kovaçın uğurlu fəaliyyətinin nəticəsidir.

Göründüyü kimi, yığmamızı növbəti matçında da çox güclü rəqib gözləyir. Millimiz startda Bolqarıstana (1:2) evdə, İtaliya (1:2) və Xorvatiyaya (0:6) səfərdə məğlub olarkən (1:2), Norveçlə Bakıdakı görüşdə də minimal hesablı məğlubiyyətlə üzləşib - 0:1. Yalnız Maltaya qalib gələn (2:0) futbolçularımız səfərdə də Norveçdən xal alıb - 0:0. Son uğurlar da məhz yeni baş məşqçinin - Prosineçkinin dövrünə təsadüf edib. Hələ ki, rəsmi oyunlarda məğlubiyyət tanımayan xorvatiyalı mütəxəssisin uğurlu seriyasının həmyerliləri ilə görüşdə davam edib-etməyəcəyi maraqla gözlənilir. Millimizin üzvləri isə Osiyekdəki faciəvi məğlubiyyətin qisasını almaq haqda düşünməlidirlər. Baxmayaraq ki, rəqib komandanın heyətində Modriç, Rakitiç, Manjukiç, Kovaçiç, Perişiç kimi tanınmış və uldu futbolçular çıxış edir.

Xorvatiya yığmasının cari seçmə mərhələdəki çıxışına gəlincə, bu komanda tsiklin əvvəlki altı oyunundan dörd qələbə, iki heç-heçə ilə ayrılıb. Heç-heçələrin hər ikisi İtaliya ilə qarşılaşmalara təsadüf edib və eyni hesabla bitib - 1:1. Qələbələr isə Azərbaycan (evdə 6:0), Malta (evdə 2:0), Bolqarıstan (səfərdə 1:0), Norveçlə (evdə 5:1) oyunlara təsadüf edib. Bu nəticələrdən sonra Xorvatiya 14 xalla H qrupuna liderlik edir. Azərbaycan millisi isə 4 xalla 5-ci pillədə qərarlaşıb. Komandamız yalnız qrup sonuncusu Maltanı 3 xal qabaqlayır.

Xorvatiya Bakıda çıxış etməsinə baxmayaraq, millimizlə görüşdə yenə aşkar favoritdir. Azərbaycan yığmasının bu rəqibdən hətta 1 xal alması da uğur kimi qiymətləndiriləcək. Amma təbii ki, millimiz qələbə qazanmaqla çox böyük sürprizə də imza ata bilər. Hansı ki, əvvəlki seçmə mərhələlərdə ən azı bir favoriti sıradan çıxaran yığmamızdan belə sensasion nəticə gözləyənlər az deyil.

Xorvatiya ilə oyun Azərbaycan millisinin 2015-ci ildə 5-ci oyunu olacaq. Yığmamız bu il üçüncü rəsmi oyununa çıxır. Əvvəlki rəsmi oyunlarda yığmamız Bakıda Maltaya qalib gəlib (2:0), səfərdə Norveçdən xal alıb (0:0). Digər iki oyun isə yoxlama görüşləridir. Fevralın 24-də Antalyada Ukraynanın "Şaxtyor" (Donetsk) komandası ilə qarşılaşma millimizin 1:2 hesablı məğlubiyyəti ilə bitmişdi. Serbiya ilə qarşılaşma isə böyük hesablı məğlubiyyətimizlə bitib - 1:4.

Sonda onu da qeyd edək ki, yığmamız bu gün tarixi ərzində 215-ci matçına çıxacaq. İndiyəqədərki oyunların 39-da qələbə qazanmışıqsa, 57-də da heç-heçə ilə təsəlli tapmışıq. 118 qarşılaşmada isə məğlubiyyətlə üzləşmişik. Topların fərqi də millimizin xeyrinə deyil: 151 qol vurduğumuz halda, öz qapımızdan 367 top çıxarmışıq.

AÇ-2016-nın seçmə mərhələsi
H qrupu

3 sentyabr

21:00. Azərbaycan - Xorvatiya
Baş hakim: Ruddi Buke (Fransa).
Bakı. "Bakcell Arena".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.