2 sentyabr 2015 21:20

Robert Prosineçki: Milli indi daha aqressiv oynayır

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Aç-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiyaya qarşı oyun öncəsi mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis həmyerlilərinə qarşı oyun ərəfəsində öncə bunları söyləyib:

- Komanda artıq 10 gündür bir yerdədir. Hamı düşərgədədir. Sabah bizi çətin oyun gözləyir. Artıq bu görüşə hazırıq. Hazırlıq prosesindən razıyam. Rəqibdən qorxmuruq. Yaxşı oyun göstərməyə hazırıq. Yaxşı nəticə qazanmaq istəyirik.

- Avropa Liqasında çıxış edən futbolçuların yorğunluğu millinin çıxışına təsir göstərməyəcək?
- Qətiyyən yox. Futbolçularımız peşəkardırlar. Hazırlıq üçün vaxtımız oldu. "Qarabağ"la "Qəbələ"nin Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmasına çox şadam. Bu, Azərbaycan futbolu üçün mühüm uğurdur. Onları qarşıda böyük oyunlar gözləyir.

- Əvvəllər milliyə çağırmadığınız Nurlan Novruzovla bağlı qərarınızı bu dəfə dəyişsəniz də, o, yenə heyətdə çox qalmadı. Nə baş verdi ki?
- Hər mətbuat konfransında niyə Nurlanla bağlı suallar verildiyini anlamıram. Sabah biz heyətində Rakitiç, Modriç kimi futbolçuların yer aldığı Xorvatiyaya qarşı oynayacağıq. Toplanışın ilk günlərində bütün futbolçular hazırlıqda iştirak etmirdi. Mən də Nurlanı ona görə dəvət etmişdim ki, onu baxışdan keçirim.

- Sabahkı oyun üçün start heyətini müəyyənləşdirmisiniz?
- Heyəti deyə bilərəm. Heç bir problem yoxdur. Yeganə sual doğuran məqam Əfran İsmayılovla bağlıdır. Onun bir az problemi var. Ciddi deyil. Hər şeyə son məşqin ardından qərar verəcəyəm. Meydana ilk dəqiqələrdən çıxacağını dəqiqləşdirdiyim digər oyunçular isə bunlardır: Kamran Ağayev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Dmitri Nazarov, Ruslan Qurbanov, Məhəmməd Qurbanov.

- Məhəmməd Mirzəbəyov daha az oyun təcrübəsinə malikdir. Amma siz onu çağırmısınız, "Qarabağ"ın heyətində həmin mövqedə çıxış edən İlqar Qurbanovu yox...
- Mən sizə heyəti açıqlayıram, siz isə mənə təklif edirsiniz. İlqar indi ona görə oynayır ki, Maksim Medvedev zədəlidir. Halbuki, Maksim formada olanda İlqar oynamırdı. Artıq Azərbaycanda xeyli müddətdir yaşayıram və hər şeyi görürəm. Mirzəbəyov çox oynamasa da, aqressivdir, sürətli futbolçudur. Onun cinahında Perişiç oynayacaq. Bizə də Perişiçə qarşı oynamaq üçün məhz Mirzəbəyov kimi futbolçu lazımdır.

- Xorvatiyaya 0:6 hesabıyla uduzduğumuz oyundan hansı nəticə çıxarmısınız?
- Azərbaycan yığması artıq Osiyekdə uduzan komanda deyil. Çox dəyişiklik olub. Daha aqressiv oynayırıq. Bunu son oyunlarımızda da göstərmişik. Uşaqlar özlərinə inanırlar. Düzdür, rəqib komandanın üzvləri top-klublarda çıxış edirlər. Amma bu, bizi qorxutmur. Azərbaycan yığması həmin oyunda çox səhvə yol vermişdi. Nəticəni öncədən deyə bilmərəm. Amma sabah yaxşı oyun göstərəcəyimizi deyə bilərəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.