2 sentyabr 2015 18:40

"Hər bir gəncəli futbolçu Kəpəzin əsas komandasında çıxış etmək arzusundadır"

“Kəpəz”in Yevlaxda davam edən təlim-məşq toplanışına əvəzedici heyətdən dörd futbolçunun dəvət edilməsi haqda xəbər yazmışdıq. Azerisport.az xəbər verir ki, qapıçı Ülvi Quliyev, yarımmüdafiəçilər Rəhman Allahverdiyev, Əli Səmədov və Sahib Abbasov üç gündür ki, əsas komandanın hazırlıqlarında iştirak edir.

Klubun mətbuat xidmətinə açıqlama verən Səmədov məşqlər haqda fikirlərini bölüşüb: “Toplanış normal gedir, səylə hazırlaşırıq. Məşqçilərin verdiyi tapşırıqları yerinə yetirməyə çalışırıq. Şahin müəllim kimi təcrübəli məşqçinin rəhbərliyi altında çalışmaq çox xoşdur”.

18 yaşlı orta xətt oyunçusu əsas komandadan dəvətin özü üçün sürpriz olmadığını da söyləyib: “Əsas komandaya dəvət alacağımı gözləyirdim. Çünki baş məşqçimiz Şahin Diniyev gənclərə şans verən məşqçilərdəndir. Əvəzedici komandanın məşqlərində və oyunlarda əlimdən gələni edirdim ki, diqqəti cəlb edim. Onu da deyim ki, Şahin müəllim oyunumuza gəlib baxmışdı və məni bəyəndiyini eşitmişdim”.

Səmədov əvəzedicilərin çempionatında hər üç turda meydanda olub. Start heyətində yer alan futbolçu bütün oyunları əvəz olunmadan keçirib. O, əsas komandanın heyətində də forma geyinməyi arzulayır: “Şəmkir”lə yoxlama oyununda meydana çıxıb özümü göstərmək istəyərdim. Düzdür, tək bir oyunla nəsə alınmaz. Amma qarşıdakı oyunlar və ya toplanışlar üçün yenə dəvət gözləyəcəyəm. Hər bir gəncəli futbolçu “Kəpəz”in əsas komandasında çıxış etmək arzusundadır”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.