2 sentyabr 2015 18:20

Qarabağ yeni transferləri rəsmən açıqladı

Azərbaycanı Avropa Liqasının qrup mərhələsində təmsil edəcək "Qarabağ" daha 2 transfer həyata keçirib. Azerisport.az xəbər verir ki, ötən mövsüm "qızıl dubla"a imza atan, ardıcıl 2-ci il Avropa Liqasının qrup mərhələsində iştirak edəcək Ağdam klubu transfer pəncərəsinin son günündə 2 keçidi rəsmiləşdirib.

"Qarabağ"ın ilk transferi Samuel Kristian Nunez Yansson Armenterosdur. 25 yaşlı futbolçunun son klubu Hollandiya təmsilçisi "Villem II" olsa da "Anderlext"ə məxsusdur. İsveçin aşağı yaş qruplarında forma geyinən hücumçu ötən mövsüm komandasında 29 oyunda 11 qol vurub. Daha öncə "Feyenoord"un da formasına geyinən forvardla 2 illik müqavilə bağlanılıb.

"Qarabağ"ın digər transferi isə Migel Markos Maderadır. İspaniyalı yarımmüdafiəçinin sonuncu klubu "Makkabi" (Hayfa) olub. Karyerasına "Sportinq"də (İspaniya) başlayan 29 yaşlı futbolçu "Birmingem"in ardından AEK-ə keçib. Markos karyerasının ən yaxşı dönəmini ölkəsində "Xetafe"də keçirib. 3 il La liqada oynayan "Mişel" ləqəbli futbolçu sonuncu mövsümü İsraildə keçirib.

Hər 2 futbolçuyla 2 illik müqavilə bağlanılıb. Adıçəkilən futbolçuların adları Avropa Liqasına göndərilmiş siyahıya salınıb.

Qeyd edək ki, 3 cəbhədə mübarizə aparan "Qarabağ" daha bir transferi reallaşdırmaq ərəfəsindədir. Ağdam klubu Makedoniya millisinin üzvü Vladimir Dimitrovskini də sıralarına qatmaq üçün cəhd göstərib. Klub və futbolçu arasında razılıq əldə olunsa da, tərəflərdən asılı olmayan səbəblərdən dolayı transfer gecikir. Amma Dimitrovskiylə müqavilə bağlanması istisna deyil.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.