2 sentyabr 2015 18:00

İlqar Axundov: Çempionların mübarizəsində zəif rəqib olmur

Dünən İsveçrənin Nyon şəhərində UEFA Gənclər Liqasının püşkatma mərasimi keçirildi. Azerisport.az xəbər verir ki, Avropanın ən yüksək reytinqli 32 ölkəsinin U-19 Liqalarının çempionlarının rəqiblərinin müəyyənləşdiyi tədbirdə "Rəvan”ı klubun vitse-prezidenti İlqar Axundov təmsil edib.

Mərasimdən sonra klubun rəsmi saytına açıqlama verən İ.Axundov püşklə bağlı fikirlərini bölüşüb: "UEFA Gənclər Liqasında Azərbaycanı təmsil edəcək ilk klub olmaq "Rəvan” PFK üçün böyük şərəfdir. Üzərimizə böyük məsuliyyət düşür. Avropanın aparıcı klublarının, çempionların mübarizə aparacağı yarışda ölkəmizi layiqincə təmsil etmək üçün əlimizdən gələni edəcəyik. Düzdü, rəqib çox güclüdür. Fikrimcə, 7 potensial rəqib arasında ən güclüsü elə Moskva "Spartak”ı idi. Rusiya təmsilçisi dünya səviyyəsində tanınmış klubdur, adlı-sanlı yetirmələri var. Uşaq futboluna böyük önəm verdikləri məlum məsələdir. Cütün favoriti onlardı. Amma biz sürpriz etmək üçün bacarığımızı ortaya qoyacağıq. Çempionların mübarizəsində zəif rəqib olmur. "Rəvan” da zəif deyil, Azərbaycan çempionu olmuşuq. Nailiyyət əldə etmiş komandamız, uğurlu çıxışımızı Avropada da davam etdirəcək potensiala sahib futbolçularımız var. Akademiyamızda futbolçuların qalması, qidalanması, məşq keçməsi üçün hər cür şərait mövcuddur. Klub rəhbərliyi olaraq, istedadlı oyunçuların yetişməsi üçün əlimizdən gələni edirik və öz yetirmələrimizə inanırıq. İnam olmayan yerdə nəticə də olmaz”.

Qeyd edək ki, püşkatmanın nəticələrinə əsasən, 20514/2015-ci il mövsümündə AFFA-nın təşkil etdiyi U-19 Liqasının qalibi olmaqla, qitə miqyaslı turnirə vəsiqə qazanan "Rəvan” PFK ilk mərhələdə Moskva "Spartak”ı ilə görüşəcək. "Aslanlar” Rusiya təmsilçisini mübarizədən kənarlaşdıracağı halda, növbəti mərhələdə "Şalke” (Almaniya) - "Ayaks” (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.