2 sentyabr 2015 17:40

Ruslan Qurbanov: Millinin iki oyuna 4 xal qazanması çox böyük uğur olacaq

Azərbaycan yığmasının və "Neftçi"nin hücumçusu Ruslan Qurbanovun azerisport.az saytına müsahibəsi

- Xorvatiya ilə seçmə mərhələ oyununa hazırlıq necə gedir?
- Məşqlərimiz yaxşı keçir. Hər kəs məşqlərdə maksimum güclə çalışır ki, qarşıdakı iki oyuna tam hazır olaq. Xorvatiya ilə oyunu səbrsizliklə gözləyirik.

- Bu oyunda yığmamızdan nə gözləyə bilərik?
- Hamımız ancaq uğurlu nəticə gözləyirik. Xorvatlara qarşı oynamaq çox çətin olacaq. Amma Robert Prosineçkinin bizdən tələb etdiyi kimi oynamağı bacarsaq, xorvatlara problem yarada bilər.

- Xorvatiya kimi güclü rəqibdən xal almaq üçün nə etmək lazımdır?
- Öz üzərimizdə daha çox çalışmalıyıq.

- Bu matçda qələbə qazanmağınız möcüzəyə bərabər sayıla bilər?
- Əlbəttə, qələbə qazanmaq əla nəticə olardı. Amma hamı bilir ki, Xorvatiya yığmasında hansı dünya ulduzları top qovur. Lakin biz bundan qorxmamalıyıq. 90 dəqiqə ərzində rəqibə layiqli müqavimət göstərməyimiz lazımdır. Yalnız belə olan halda uğurlu nəticə qazana bilərik.

- Modriçə, Rakitiçə, Mandjukiçə qarşı oynamaq çətin olmayacaq ki?
- Onlar da bizim kimi insanlardır. Düzdür, onlar top-klublarda çıxış edirlər. Amma biz Xorvatiyadan çəkinmirik.

- Yığmamız Bakıda da böyük hesabla məğlub olsa, buna nə ad vermək olar?
- Oxşar uğursuzluqla üzləşməmək üçün əlimizdən gələni edəcəyik. Öz azarkeşlərimiz qarşısında oynamağımız bizə əlavə özünəinam qazandıracaq. Əminəm ki, fanatlarımız bizi sonadək dəstəkləyəcəklər. Biz isə xalqımızı uğurlu nəticə ilə sevindirməyə çalışacağıq.

- Malta ilə oyunda 3 xal qazanmaq mümkün olacaq?
- Hələ ki, ancaq Xorvatiya ilə oyunu düşünürük. Malta ilə görüşü yalnız bu oyundan sonra düşünəcəyik. Amma indidən əminliklə demək olar ki, səfərdə Maltadan 3 xal almaq çox çətin olacaq.

- İki oyunda 4 xal qazana bilsək, bunu uğurlu nəticə saymaq olar?
- Əlbəttə, bu, çox böyük uğur olacaq. İnanın ki, Azərbaycan xalqını sevindirmək üçün əlimizdən gələni edəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.