2 sentyabr 2015 16:00

Qara Qarayev: Xorvatiya yığmasında Modriçlə Rakitiç varsa, bizdə də Kamran Ağayev var

Azərbaycan yığmasının və "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayevin azerisport.az saytına müsahibəsi

- "Qarabağ"ın yığmaya cəlb olunan futbolçuları istirahətə imkan tapa bilmədilər. Bu, problem yaratmayacaq?
- Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İsveçrə "Yanq Boyz"u ilə cavab matçının ertəsi günü yığmanın düşərgəsinə qoşulduq. Ona görə də xüsusi istirahət imkanımız olmadı. Amma toplanış müddətində məşq etməklə yanaşı, daha çox yatmağa çalışıram. Şəxsən mən yaxşı istirahət etmişəm (gülür).

- "Qarabağ"ın qrup mərhələsində "Tottenhem", "Monako" və "Anderlext"lə bir qrupa düşməsini necə qarşıladınız?
- Azərbaycanın iki klubunun eyni vaxtda qrup mərhələsinə vəsiqə qazanması ölkəmizdə çox böyük sevincə səbəb oldu. Bu, biz futbolçulara da xoşdur. İnsanlara sevinc bəxş etmək bizim əsas hədəfimizdir. Rəqiblərimizə gəlincə, bizi çətin oyunlar gözləyir. Amma eyni zamanda "Qarabağ" azarkeşləri doğma meydanda adlı-sanlı klubların oyunlarını canlı görə biləcəklər.

- "Qarabağ"ın transfer pəncərəsinin son günündə bir neçə transfer həyata keçirməsi sizi sevindirdi?
- Düzünü desəm, yığmanın düşərgəsində olduğuma görə klubla əlaqəm yoxdur. Heç yeni alınmış futbolçuların kim olduğundan da xəbərsizəm. Amma onların komandamıza faydalı olacağını düşünürəm. Bizə yeni oyunçular lazım idi. Çünki iki cəbhədə mübariz aparmaq çətin olacaqdı.

- Xorvatiya ilə oyun öncəsi millidə atmosfer necədir?
- Xorvatiyanın hazırda Avropanın ən yaxşı komandalarından biri olduğunu anlayırıq. Bunun üçün elə rəqibin heyətinə nəzər salmaq yetərlidir. Demək olar ki, bütün futbolçuları top-klublarda çıxış edirlər. Heyət baxımından biz onlara uduzuruq. Onların heyətində Modriç, Rakitiç kimi futbolçular var, bizdə də Kamran Ağayev (gülür). Amma bizim komanda da hazırda Osiyekdə 6 cavabsız qol buraxan yığma deyil. Komandada atmosfer də dəyişib. Azarkeşlərin bizə olan inamını da geri qaytara bilərik. Tam dolu tribunalar gözləyirik.

- Meydanın mərkəzində Modriç və Rakitiçlə tez-tez üz-üzə gələcəksiniz...
- Məni "el klasiko" gözləyir (gülür). Bu, "Real" və "Barselona"nın aparıcı oyunçuları ilə bir oyunda iştirak etmək üçün əla fürsətdir. Amma onlarla görüş məni qorxutmur. Avropa Liqasında adlı-sanlı futbolçularla çox qarşılaşmışıq.

- Bəs Malta ilə oyun barədə nə düşünürsünüz?
- Xorvatiya ilə oyunda çox güc itirəcəyimizi nəzərə alsaq, Malta ilə səfər matçı çətin olacaq. Öncə xorvatlarla görüşdə uğur qazanmağa çalışmalıyıq. Ondan sonra Vallettada keçiriləcək qarşılaşmanı düşünə bilərik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.