2 sentyabr 2015 12:00

Niko Kovaç: Azərbaycan yığması indi daha güclüdür

Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaç AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:

"Səfər matçı bu komandalar arasında Osiyekdə keçirilmiş oyundan tam fərqli olacaq. Robert Prosineçki komandasında demək olar ki, hər şeyi dəyişib. Azərbaycan yığması indi daha güclüdr. Bizi 30-35 dərəcə isti havada çətin oyun gözləyir. Azərbaycanın iki klubunun eyni vaxtda Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi də onlarda müsbət tendensiyanın formalaşmasından xəbər verir. Amma biz də optimistliyimizi itirmirik və qələbəyə ümid edirik".

Kovaç öz komandasının heyəti barədə də fikirlərini bildirib: "Deyan Lovren ağrılardan şikayətlənir. Amma onun meydana çıxacağına ümid edirəm. Əslində məni narahat edən başqa bir məqam var. Heyətimizdə yaxşı oyunçuların sayı yetərincədir. Bu üzdən də mənə daha yaxşı formada olan futbolçular arasında düzgün seçim etmək lazımdır".

Xorvatiya yığması avqustun 30-da bir araya gəlsə də, Kovaç hazırlıq üçün bu vaxtın yetərli olacağını deyib: "Toplanışın ilk günündən etibarən hər gün məşq edirik. Həmçinin bizi Bakıda da son məşq gözləyir".

Xorvatiyalı mütəxəssis həmçinin həmyerlisi Robert Prosineçki ilə görüşə də toxunub: "Bu, mənimlə Prosineçki arasındakı qarşılaşma deyil. Mən bu görüşə fərqli aspektdən yanaşıram. Bizi qarşıda iki çətin oyun gözləyir. Bu oyunlarda mütləq xal qazanmağa çalışmalıyıq ki, sonda Fransaya yollanaq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.