1 sentyabr 2015 20:30

Elvin Məmmədov: Hər kəsə verdiyi dəstəyə görə təşəkkür edirəm

"Qarabağ"ın yarımmüdafiəçisi Elvin Məmmədovun atasının vəfat etdiyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, milli futbolçu bu səbəbdən Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İsveçrə "Yanq Boyz"una qarşı cavab oyununu buraxmalı olmuşdu. 

Bir neçə gün məşqlərdən uzaq qalan 27 yaşlı yarımmüdafiəçi bu gündən etibarən məşqlərə başlayıb. Elvin klub saytına baş verənlərlə bağlı açıqlama verib:

"Hər kəs bir gün dünyasını dəyişəcək. Atamın dünyasını dəyişməsi üzücü olsa da, həyat davam edir. Bu çətin məqamda məni dəstləkləyən zəng edən, yazıb başsağlığı verən hər kəsə özü təşəkkürümü bildirirəm. Futbol camiəsindən, jurnalsitlərdən, azarkeşlərdən xeyli smslər gəlib. Yazıb başsağlığı verənlərin hər birinə minnətdaram. Komandamızın baş məşqçicisi Qurban Qurbanov da mənə ailəmin yanında olmağa şərait yaratdı. "Yanq Boyz"la oyunda məlum səbəblərdən iştirak etmədim. Oyuna baxa bilmədim. Sadəcə, sonradan internet vasitəsi ilə baş verənlərdən xəbər tutdum. Komandamızın Avropa liqasının qrup mərhələsində iştirak edəcəyi olduqca xoş xəbərdir. Bu gündən məqşlərə başlayıram. Bir daha hər kəsə verdiyi dəstəyə görə təşəkkür edirəm".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.