1 sentyabr 2015 18:00
Karlsrue Dmitri Nazarovu satmaqdan imtina etdi
Almaniyanın "Duysburq" klubu Azərbaycan yığmasının və "Karlsrue"nin yarımmüdafiəçisi Dmitri Nazarovu heyətinə qatmaq üçün Frankfurt klubuna müraciət edib. Azerisport.az xəbər verir ki, bu barədə Bild nəşri məlumat yayıb.
Amma "Karlsrue" futbolçusunu buraxmaqdan imtina edib. Frankfurtluları Nazarova görə təklif olunan məbləğ qane etməyib.
Qeyd edək ki, hər iki klub Almaniyanın ikinci Bundesliqasında çıxış edir.
