1 sentyabr 2015 15:00

Elxan Məmmədov: Milli İtaliya ilə oyun öncəsi Olimpiya stadionunda sınaq matçı keçirəcək

Azerisport.az sizi AFFA-nın baş katibi Elxan Məmmədovun müsahibəsi ilə tanış edir.

- "Boulevard Hotel Baku" ilə əməkdaşlıq neçə illik nəzərdə tutulub?
- Biz onlarla qarşıdakı üç il ərzində əməkdaşlıq edəcəyik.

- Millimizin qarşıdakı Xorvatiya və Malta ilə seçmə mərhələ oyunlarından nə gözləyirsiniz?
- Komandamız artıq bir neçə gündür məşq edir. Qarşıda çox vacib iki oyunumuz var. İlk oyunda bizə böyük hesabla qalib gəlmiş Xorvatiya hazırda qrupumuzun lideridir. Onlarla görüşə ciddi hazırlaşırıq. Daha sonra isə Malta ilə qarşılaşacağıq. Cəmi üç gün sonra yenidən oyun keçirmək çətin olacaq.

- Tofiq Bəhramov adına Respublika stadionunun qazonu pis vəziyyətdədir. Siz bu barədə nə deyə bilərsiniz?
- Həm stadion, həm də klub rəhbərliyi ilə danışacağıq. Qazonu dəyişmək lazımdır.

- Mərkəzi arenanın qazonuna nəzarət edən "Football Sports Management" (FSM) şirkəti ilə problem var?
- Problem qazondadır. Bizi həm mərkəzi arenanın, həm də "Bakcell Arena"nın qazonunun vəziyyəti narahat edir. Problem olmayacağını deyirlər. Qazonlar çox yüklənirlər. Hər mövsüm ərəfəsində bu qazonları dəyişməyə hazır olmaq lazımdır. Əvvəllər bizim klublar avrokuboklarda bir-iki mərhlə keçə bilirdilər, qazonlar bu qədər çox yüklənmirdi. İndi isə vəziyyət fərqlidir. FSM-ə gəlincə, onlarla əməkdaşlığın davam etdirilib-etdirilməməsi özlərindən asılı olacaq. Biz onları xəbərdar etmişik. Yenə də problem olsa, onlardan imtina edəcəyik.

- Bakı Olimpiya stadionunda hansı çatışmazlıqlar var?
- Orada Avropa Oyunlarının açılış və bağlanış mərasimləri keçirilib. Futbol üçün isə tam fərqli tələblər var. UEFA nümayəndələri bu arenada olublar, çatışmazlıqları qeyd ediblər. Ondan sonra bizə gənclər və idman nazirliyi ilə bu barədə müzakirələr apardıq. Çatışmazlıqları aradan qaldırmağa çalışacağıq və arena İtaliya ilə seçmə mərhələ oyununa qədər tam hazır olacaq. Olimpiya stadionunun qazonu beş gün öncə döşənib. Yeri gəlmişkən, İtaliya ilə oyun öncəsi gənclərdən ibarət millimizlə yoxlama oyunu da keçirəcəyik.

- Yeni dövlət proqramı nə vaxt hazır olacaq?
- Bu yöndə işlər davam etdirilir. İlin sonuna, 2016-nın əvvəlinə kimi hazır olacaq. Bu dəfəki proqram əvvəlki ilə müqyisədə daha konkret olacaq. Proqramın 5 və ya 10 illik olmasına isə dövlət qərar verəcək.

- Azərbaycan yığma komandalarının bazası ilə bağlı işlər nə yerdədir?
- Baza "Dalğa Arena"da inşa olunur. Orada süni örtüklü üç, təbii örtüklü bir meydança olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.