1 sentyabr 2015 13:15

Robert Prosineçki: Məni hazırda Xorvatiya ilə oyun daha çox düşündürür

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiya və Maltaya qarşı keçiriləcək oyunlar öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis öncə bunları söyləyib:

"Ötən gündən etibarən komandanın bütün üzvləri toplanışda iştirak etməyə başlayıb. Tam heyətlə ilk məşqimiz bu gün baş tutacaq. Heyətdəki futbolçular arasında zədəlimiz yoxdur. Bu da sevindirməyə bilməz. Bizi vacib oyunlar gözləyir. Çünki çətin rəqiblərə qarşı mübarizə aparacağıq".

Prosineçki qarşıdakı matçlara oyun təcrübəsi olmayan futbolçuları dəvət etməsinə də aydınlıq gətirib: "Xorvatiyaya qarşı meydana çıxacaq futbolçuların 90 faizini oyun cətrübəsi olanlar təşkil edəcəklər. Bütövlükdə, yığmada hər şey qaydasındadır. Uşaqlar məşqlərdə yaxşı çalışırlar. Bundan razıyam. Yaxşı oyun göstərəcəyimizə inanıram".

O, itkilərdən də söz açıb: "Maksim Medvedevlə Cavid Hüseynovun timsalında itkilərimiz də var. Onlar bizə kömək edə bilməyəcəklər. Amma bu, hələ heyəti açıqlayana qədər də məlum idi".

Prosineçkinin sözlərinə görə, komandası hazırda tam olaraq xorvatlarla oyuna köklənib: "Hazırda yalnız Xorvatiya ilə matçı düşünürük. Ancaq buna görə narahatam. Son oyunlarımızı analiz etmişəm. Səhvlərə yol vermək olmaz. Son iki oyunda yaxşı çıxış etmişik. Xorvatiyaya gəlincə, bu komandanı yaxşı tanıyıram. Komandamın gücünə inanıram".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.