1 sentyabr 2015 11:20
Elvin Yunuszdə: Qarabağın adına layiq futbol sərgiləyəcəyik
"Qarabağ"ın müdafiəçisi Elvin Yunuszadə Avropa Liqasında İngiltərənin "Tottenhem", Fransanın "Monako" və Belçikanın "Anderlext" klubu ilə bir qrup düşmələrinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çətin qrupa düşmüşük. Rəqiblərimiz çox güclüdürlər, adlı-sanlı klublardır. Amma mən bu klublarla bərabər səviyyədə mübarizə aparacağımıza inanıram. Niyə də ikinci yer və qrupdan çıxmaq uğrunda mübarizə aparmayaq? Bu, futboldur. Burada istənilən nəticə qeydə alına bilər. "Qarabağ" azarkeşlərinə bir söz verə bilərəm - biz komandamızın adına layiq futbol sərgiləyəcəyik".
