Ansi Aqolli: Qarabağ güclü qrupa düşüb, amma biz heç kimdən qorxmuruq
"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Avropa Liqasında İngiltərənin "Tottenhem", Fransanın "Monako" və Belçikanın "Anderlext" klubu ilə bir qrupa düşmələrinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hər şeydən öncə ardıcıl ikinci dəfə qrup mərhələsinə düşdüyümüz üçün çox sevindiyimi demək istərdim. Biz bunu çox istəyirdik və bütün gücümüzü sərf etdik. Qrup mərhələsinə gəlincə, çətin olacaq. Püşk bizə çətin rəqiblər çıxardı. Qrupumuzda çox güclü komandalar var. Amma biz heç kimdən qorxmuruq. "Tottenhem"lə də, "Monako" ilə də, "Anderlext"lə də sonadək mübarizə aparacağıq. Biz həmişə yaxşı futbol sərgiləmişik. Bunu qrup mərhələsindəki matçlarda da təkrarlamağa çalışacağıq. Bəli, rəqiblərimiz çox güclüdür. Amma biz öz oyunumuzu göstərə bilsək, hər şey yaxşı olacaq".
