1 sentyabr 2015 00:25

Vaqif Cavadov: Ümidvaram ki, XL azarkeşləri məni başa düşər

"Qəbələ"nin "Xəzər Lənkəran"dan icarəyə götürdüyü Vaqif Cavadovun azerisport.az saytına müsahibəsi

- "Qəbələ"yə keçidiniz çox gözlənilməz alındı...
- Hər şey çox ani baş verdi. Demək olar ki, transferim 1-2 günün içində gerçəkləşdi. Buna bir tərəfdən sevinirəm. Lakin digər tərəfdən də mən "Xəzər Lənkəran"dakı ilk rəsmi matçıma hazırlaşırdım. Düzdür, "Qəbələ"yə keçmək məsələsi gündəmə gələrkən, bunun əleyhinə də olmadım. Sadəcə, klublar razılığa gəldilər, mən də imtina etmədim.

- "Qəbələ"yə keçidinizdə əsas amil yeni klubunuzun "Xəzər Lənkəran"dan fərqli Avroliqanın qrup mərhələsində oynamasıdır?
- Əsas məqam bu klubun məni öz sıralarında görmək istəməsi idi. Həm də Avroliqanın qrup mərhələsində oynamağa hazırlaşan klubun heyətində olmaq da mənə maraqlı gəldi. "Qəbələ"nin bu mövsüm çempionluğa oynamaq istəməsi də əlavə stimul verir. Ümid edirəm ki, bu kluba keçdiyim üçün "Xəzər Lənkəran" azarkeşləri məni başa düşər.

- Vaqif Cavadov yeni klubuna nə ilə kömək etməyi düşünür?
- Əlimdən gələn qədər kömək etməyə çalışacağam. Komanda artıq uğur qazanıb. Mən də bu uğuru daha da inkişaf etdirmək üçün çalışacağam. Üzərimdə çox çalışacağam və ümid edirəm ki, komandaya qrup mərhələsində, eləcə də çempionat oyunlarında faydalı olacağam.

- Dörd ay sonra müqavilə müddətiniz bitəndən sonra nə edəcəksiniz?
- Zaman göstərəcək. Hələ ki, qışa qədər buradayam. Hələ ilin sonunadək yaşayaq, sonrasını görərik (gülür).

- "Qəbələ" qrup mərhələsində Almaniyanın "Borussiya" (Dortmund), Rusiyanın "Krasnodar" və Yunanıstanın PAOK klubları ilə qarşılaşacaq...
- Maraqlı qrupa düşmüşük. Yaxşı komandalara qarşı oynamaq həmişə xoşdur. Amma püşk "Qəbələ" üçün daha münasib alına bilərdi. Yaxşı hazırlaşmağımız lazımdır. Hər oyunda maksimum güc sərf etməyimiz lazımdır. Hansı ki, komanda əvvəlki mərhələlərdə bunu edirdi. Bütün oyunlar maraqlı keçəcək.

- Henrix Mxitaryan məsələsi ilə bağlı nə düşünürsünüz?
- Əgər o, Azərbaycan Respublikasının qanunlarını pozubsa, ölkəmizdə nə işi var?

- Azərbaycan yığmasının AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiya və Maltaya qarşı keçirəcəyi oyunlar üçün açıqlanan siyahıda adınızın olmaması sizi üzmədi?
- Mən yığmaya çağırılmağıma həmişə sevinmişəm. Bəzən məndən imtina etsələr də, mən heç vaxt yığmamızdan imtina etməmişəm. Hər şeyə rəğmən, ürəyim uşaqlarladır. Onlara uğurlar arzulayıram. Yığmamızı iki çətin oyun gözləyir. Xorvatiyanın gücünü bütün dünya bilir. Maltaya gəlincə, onlar da öz meydanlarında yaxşı çıxış edirlər. Asan olmayacaq. Amma biz yığmamızın uğur qazanmasına azarkeşlik edəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.