31 avqust 2015 19:30

Vaqif Cavadov: Qəbələyə keçid öz təşəbbüsüm deyildi

Xəbər verdiyimiz kimi, UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qəbələ” “transfer pəncərəsi”nin son günündə heyətinə daha bir futbolçu qatıb. Azerisport.az xəbər verir ki, bölgə klubu Azərbaycan millisinin futbolçusu Vaqif Cavadovu icarə əsasında heyətinə qatıb.

Artıq klub saytı da bu barədə rəsmi məlumat yayıb. Məlumatda bildirilir ki, “Xəzər Lənkəran”ın hücumçusu ilə 4 aylıq anlaşma əldə olunub. 26 yaşlı hücumçu “Qəbələ”yədək Rusiya MOİK-inin əvəzedici heyətində (2000-2007), “Qarabağ” (2007-2010, 2012-2013), Hollandiya “Tvente”sində (2010-2011) “Bakı” (2010-2011), Nijni-Novqorod “Volqa”sında (2011-2012), “İnter” (2013-2014), Türkiyənin “Qaziantep Böyükşehir Bələdiyyəsi” və "Boluspor" (2014-2015) klublarında legioner həyatı yaşayıb. 2015-ci ilin yayında “Xəzər Lənkəran”a keçən Cavadov Azərbaycan milli komandasında 58 qarşılaşmada 9 qol vurub.

Cavadov bu keçidi ilə bağlı azerisport.az saytına fikirlərini də bildirib: "Hər şey demək olar ki, 1-2 günün içində baş verdi. Bu keçidə görə bir tərəfdən şadam. Amma digər tərəfdən də "Xəzər Lənkəran"dakı ilk oyunuma hazırlaşırdım. Lakin "Qəbələ"yə keçmək istəmədiyimi desəm, bu da yalan olar. Bu, mənim təşəbbüsüm deyildi. Tərəflər razılığa gəldilər, mən də etiraz etmədim. Ümid edirəm ki, "Qəbələ"yə Avropa Liqasının qrup mərhələsinin oyunlarında, eləcə də Topaz Premyer Liqasında faydalı olacağam".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.