31 avqust 2015 17:20

Vəli Qasımov: Braziliyada futbolçular çox bahadırlar, amma gözaltı etdiklərimiz var

"Neftçi"nin idman direktoru Vəli Qasımovun azerisport.az saytına müsahibəsi

- Cənubi Amerikaya səfəriniz necə keçdi?
- Yaxşı səfər oldu. Ondan çox oyuna baxdıq. Braziliya və Paraqvayda baxdığımız oyunların bu qədər yüksək səviyyədə keçəcəyini gözləmirdim. Onlardan öyrənəcəyimiz çox şey var. Səfərin nəticəsi olaraq, böyük ehtimalla Braziliyanın "Fluminense" klubu ilə əməkdaşlıq müqaviləsi imzalayacağıq.

- Bu əməkdaşlıq sizə nə verəcək?
- Braziliya klubunun nümayəndələri təxminən oktyabr ayında bizə qonaq gələcəklər. Əməkdaşlığın qalan detallarını hələ müzakirə edəcəyik. Uşaq futboluna xüsusi önəm veririk. Biz öz yetirmələrimizi oraya göndərəcəyik.

- Gözaltı etdiyiniz futbolçular var?
- İndi kimisə dəvət etməyimiz çətindir. Çünki mövsümün qızğın vaxtıdır. Orada futbolçular çox bahadırlar. Oyunçular həddən artıq bahadırlar, amma onların buna dəydiyini də demək lazımdır. Bir neçə oyunçunu gözaltı etmişik. Lakin bu məsələyə bir də dekabr ayında qayıdacağıq. İlin sonunda kimisə dəvət etmək daha asan olacaq.

- Bu gün transfer pəncərəsi bağlanır. Yeni transferiniz olacaq?
- Ümid edirəm ki, hə. Bir transferlə bağlı iş gedir. Hazırda danışıqlar davam etdirilir. Amma onun kim olduğunu deyə bilmərəm.

- Üç turdan sonra "Neftçi"nin altıncı yerdə olacağını gözləyirdiniz?
- Biz hazırda təkcə nəticələri yaxşılaşdırmaq yox, həm də oyunumuzu yaxşılaşdırmaq üçün çalışırıq. Xal itirdiyimiz oyunlarda komandamız istədiyimiz kimi çıxış etmədi. Amma "Sumqayıt"la oyun göstərdi ki, biz düzgün yoldayıq. Ümid bəslədiyimiz futbolçular ümidləri doğruldurlar. Nəticə də olacaq.

- Düşünmürsünüz ki, "Neftçi" bu mövsüm ürəkaçan nəticə qazanmağa layiq futbol sərgiləmir?
- Yeni komanda yaratmaq, dərhal nəticə qazanmaq mümkün deyil. Şübhəsiz ki, biz də nəticə qazanmağı çox istəyirik. Amma ən vacibi yaxşı komanda yaratmaq, yaxşı oyun sərgiləməkdir. Ondan sonra nəticə də olacaq.

- Nəticəyə görə baş məşqçi cavabdeh olur. Samir Əliyevdən razısınız?
- İradım yoxdur. Hər şey plan üzrə gedir və normaldır. Biz də müsbət və mənfi məqamları müzakirə edirik, problemlərin həllinə çalışırıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.