31 avqust 2015 16:30
Fariz Nəcəfov: Mxitaryan məsələsinin Qəbələyə aidiyyatı yoxdur
"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının qrup mərhələsindəki rəqibləri olan Almaniyanın "Borussiya" (Dortmund) klubunun erməni yarımmüdafiəçisi Henrix Mxitaryanla bağlı söhbətlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ" Avroliqanın qrup mərhələsində üç ölkənin təmsilçisi ilə mübarizə aparacaq. Biz məhz bu üç rəqibə qarşı oyunlara hazırlaşırıq, daha hansısa futbolçuya qarşı yox. Ona görə də Mxitaryanla bağlı bütün sualları Azərbaycanın Xarici İşlər Nazirliyinə ünvanlamağınızı xahiş edirik. Bu məsələnin "Qəbələ"yə aidiyyatı yoxdur".
