31 avqust 2015 15:45

Mirkamil Rəhimov: Mərkəzi arenanın qazonu Qarabağın ilk ev oyununa qədər hazır olacaq

Azerisport.az sizi AFFA İcraiyyə Komitəsinin üzvü, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimovun müsahibəsi ilə tanış edir.

- Hazırda futbol ictimaiyyətini ən çox narahat edən məsələlərdən biri Tofiq Bəhramov adına Respublika stadionunun qazonunun pis vəziyyətdə olmsıdır. Gənclər və İdman nazirliyinin balansında olan arenanın ot örtüyünün bu hala gəlməsinin səbəbi nədir?
- Bildiyiniz kimi, ötən il qazon dəyişdirilmişdi və hər şey yüksək səviyyədə idi. Qazonu yaxşı vəziyyətdə saxlamaq üçün ayrılan vəsait də burada müntəzəm yarışların, oyunların təşkilinə şərait yaradırdı. Mətbuatın, futbolsevərlərin narahatlığını başa düşürük. Amma qazonun niyə bu hala düşməsinin səbəbini axtarmaq, vəziyyətdən çıxış yolları axtarmaq əvəzinə, bu məsələ ilə bağlı süni ajiotaj yaradılır. Açıqlamaların çoxunda da daha çox rəhbərliyin günahkar çıxarıldığını görürük. Biz Football Sports Management (FSM) şirkəti ilə yüksək səviyyədə əməkdaşlıq qurmuşuq. Qazonun durumuna da onlar cavabdeh idilər. Bildiyiniz kimi, bu il Bakıda ilk Avropa Oyunları keçirildi. Fevralın əvvəlindən başlayaraq, iyunun 28-dək bu arena bu turnir üçün istifadə olunurdu. Bütün yarışlar da məhz həmin qazonun üzərində keçirilirdi. Həmin müddət ərzində təbii ki, qazona lazımı qulluq etmək mümkün deyildi.

- İsti hava şəraiti də qazonun korlanmasına əsas səbəblərdən biri kimi göstərilir. Bu, doğrudan da belədir?
- Bəzi insanlar soruşur ki, niyə Dubayda 50 dərəcə istidə qazonları yaxşı vəziyyətdə saxlamaq olur, bizdə isə daha az temperaturda sıradan çıxır. Qazonlar müxtəlif olur. Qış üçün ayrı qazon var, yay üçün ayrı. Tofiq Bəhramov adına stadionun qazonu -5-10 dərəcə soyuqdan 35-40 dərəcə istiyə qədər nəzərdə tutulub. Çünki ölkəmiz üçün məhz bu cür qazonlar münasibdir. Bu il Azərbaycanda hava şəraiti çox isti oldu. Stadionun örtüyünün qızdığını nəzərə alsaq, qazonda 50-52 dərəcə istilik olurdu. Mərkəzi arenanın qazonu bu istilərə sadəcə, dözmədi. Nə qədər çalışsaq da, qazonu bərpa etmək mümkün olmadı. Nəticədə də onun bir hisssəsi sıradan çıxdı.

- Qazonu dəyişmək üçün işlərə başlanılıb?
- FSM ilə əməkdaşlıq müqaviləsinin vaxtı bitib. Ona görə də bu şirkəti günahlandırmaq düzgün deyil. Müqavilə qüvvədə olarkən onlar bütün öhdəlikləri yerinə yetirirdilər. Bundan sonra qazona yerli mütəxəssislər nəzarət edəcəklər. Ölkə rəhbərliyinin göstərişinə əsasən bu məsələ hazırda gənclər və idman naziri Azad Rəhimovun nəzarəti altındadır. "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi çərçivəsindəki ilk matçına qədər ya qazon dəyişdiriləcək, ya da indiki qənaətbəxş vəziyyətə gətiriləcək. Təmsilçimizin üç oyunu üçün qazon ən yüksək səviyyəyə gətiriləcək.

- Analoji vəziyyətin təkrarlanması üçün hansı addımlar atılacaq?
- Aydın məsələdir ki, bir qazondan daimi istifadə etmək olmaz. Qazonun da öz istifadə müddəti olur. Hətta süni örtüklü qazonun da müəyyən istifadə müddəti olur və zamanı gəldikdə dəyişdirilir. Təbii ot örtüyünü qoruyub saxlamaq doğrudan da çox böyük problemdir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.