31 avqust 2015 14:00

Xorvatiya və Malta matçı öncəsi 25 oyunçudan dördü fərqləndi

Azərbaycan yığma komandasını qarşıdakı günlərdə AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiya və Malta ilə oyunlar gözləyir. Azerisport.az sizi bu oyunlara dəvət alan futbolçularımızın klublarında keçirdiyi son oyunlardakı göstəriciləri ilə tanış edir.

Qapıçılar
Kamran Ağayev Türkiyə PTT 1-ci liqasının son turunda "Karşıyaka"nın heyətində "Samsunspor"a qarşı (2:2) 90 dəqiqə mübariz aparıb və iki qol buraxıb. Millimizin qolkiperinin buraxdığı qollardan biri penaltidən olub. Aqil Məmmədov "Neftçi"nin heyətində "Sumqayıt"a qarşı oyunda sonadək mübarizə aparıb və bir qol buraxıb (2:1). "İnter"də çıxış edən Səlahət Ağayev isə "Zirə" ilə görüşdə 90 dəqiqə mübarizə aparıb və qapısını toxunulmaz saxlamağı bacarıb - 0:0.

Müdafiəçilər
Tərlan Quliyev ("Kəpəz") və Məhəmməd Mirzəbəyov ("Qəbələ") Topaz Premyer Liqasının 3-cü turunda bu iki klubun duelində (0:1) üz-üzə gəliblər və 90 dəqiqə oynayıblar. "Qəbələ"nin millidəki digər müdafiəçisi Arif Daşdəmirov isə Afinada Avroliqanın pley-off mərhələsi çərçivəsində Yunanıstan "Panatinaikos"una qarşı səfər matçında 90 dəqiqə meydanda olub. Komandası 2:2 hesablı bərabərlik nəticəsində tarix yazaraq, ilk dəfə qrup mərhələsinə vəsiqə qazanıb.

Ruslan Abışov "Xəzər Lənkəran"a keçəndən bəri məlum səbəblərdən hələ də meydana çıxmayıb. Pavel Paşayev Zaporojye "Metallurq"unun heyətində Donetsk "Şaxtyor"una qarşı 90 dəqiqə mübarizə aparıb, komandası 0:2 hesabıyla uduzub.

Bədavi Hüseynovla Rəşad Sadıqov Avroliqanın pley-off mərhələsi çərçivəsində İsveçrənin "Yanq Boyz" klubuna qarşı cavab matçında (3:0) 90 dəqiqə meydanda olublar.

Yarımmüdafiəçilər
Rəşad Sadiqovla Elvin Camalov Afinada keçirilmiş "Panatinaikos" - "Qəbələ" matçının iştirakçısı olub. Rəşad 90, Elvin 86 dəqiqə mübarizə aparıb.

Qara Qarayev, Cavid Tağıyev, Coşqun Diniyev və Əfran İsmayılov da "Qarabağ" - "Yanq Boyz" görüşündə meydanda olublar. Qarayev 86, İsmayılov 72 dəqiqə meydanda olubsa, Diniyev 78-ci dəqiqədə Tağıyevin əvəzində meydana çıxıb. Əfran bu görüşdə vurulan üçüncü qolun müəllifi olub.

Araz Abdullayev ("Neftçi") son turda "Sumqayıt"a qarşı 90 dəqiqə oynayıb və qolla yadda qalıb. Belə bir göstəriciyə Rahid Əmirquliyev də ("Xəzər Lənkəran") "Rəvan"la ev oyununda imza atıb (1:1).

Dmitri Nazarov Almaniya ikinci Bundesliqasının son turunda Braunşveyq "Ayntraxt"ının onun komandasını - "Karlsrue"ni necə darmadağın etməsinə (0:6) ehtiyat oyunçular skamyasından tamaşa edib. Eddi İsrafilov da İspaniya La Liqasında "Eybar"ın Bilbao "Atletik"inə qalib gəldiyi (2:0) oyunda ehtiyatda qalıb.

Hücumçular
Ruslan Qurbanovla Məhəmməd Qurbanov "Neftçi"nin "Sumqayıt"a qarşı oynadığı matçın iştirakçısı olub. Ruslan qol vurmağa imkan tapıb, 62-ci dəqiqədə əvəzlənibsə, Məhəmməd sonadək mübarizə aparıb.

"Xəzər Lənkəran"ın hücumçusu Elnur Cəfərov da "Rəvan"a qarşı 90 dəqiqə oynayıb. Bu klubun digər hücumçusu Vüqar Nadirov isə Ruslan Abışov kimi, oynamaq şansı qazana bilmir.

Nəhayət, "İnter"in hücumçusu Rauf Əliyev "Zirə"yə qarşı 90 dəqiqə oynasa da, qol vura bilməyib.

Beləliklə, millimizin heyətində yer alan 25 futbolçudan son oyunda qol vurmağı yalnız dördü bacarıb. Bunlar Əfran İsmayılov, Araz Abdullayev, Rahid Əmirquliyev və Ruslan Qurbanovdur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.