30 avqust 2015 11:30

Roman Qriqorçuk: Yeni transferlər etməsək, işimiz çox çətin olacaq

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun azerisport.az saytına müsahibəsi

- Avropa Liqasının qrup mərhələsinin püşkatmasından razı qaldınız?
- Mən qrup mərhələsinə vəsiqə qazanan 32 komanda arasında olmağımızdan razıyam. Püşkə gəlincə, dördüncü səbətdə yer aldığımız üçün rəqiblərimizin hamısının güclü komanda olacağını bilirdik. Bizə qismət olan rəqiblərdən Dortmund "Borussiya"sının (Almaniya) adı hər şeydən xəbər verir. Rusiya "Krasnodar"ının baş məşqçisini tanıyıram. Savadlı mütəxəssisdir. Onlar yaxşı hazırlığa malik olurlar. Ötən Avroliqa mövsümündə uğurlu çıxış ediblər. Bu komandalarla qarşılaşmaq çox maraqlı olacaq.

- Bəs Yunanıstan PAOK-u barədə nə deyə bilərsiniz?
- Yunanıstan çempionatının top-klublarındandır. Yunanıstan futbolunun səviyyəsini bilirik. Avroliqadakı son qarşılaşmalarımızı da bu ölkənin "Panatinaikos" klubuna qarşı keçirmişik. PAOK çox ciddi rəqibdir.

- Təsnifat mərhələsində "Qəbələ"yə elə rəqiblər düşürdü ki, az qala hər oyunda siyasi məqamlar gündəmə gəlirdi. Qrup mərhələsindəki rəqibləriniz də istisna olmayacaq...
- Futbol siyasi təxribatlara meydan olmamalıdır. Ümumiyyətlə, belə məsələlərdən danışmamalıyıq. Ona görə mən də ancaq futboldan danışmaq istəyirəm.

- Qrup mərhələsindəki oyunlarınızı "Bakcell Arena"da keçirəcəyiniz bildirilir. Halbuki, sizin də Tofiq Bəhramov adına Respublika stadionunda oynayacağınız gözlənilirdi...
- Bu, mənə yox, rəhbərliyə ünvanlanacaq sualdır. Bizdə ciddi və peşəkar insanlar çalışır. Mən onların ən düzgün qərarı qəbul edəcəyinə əminəm. Mənim fikrimə gəlincə, hər iki stadion xoşuma gəlir. Yeganə fərq ondadır ki, mərkəzi arenaya daha çox azarkeş gələ bilər.

- Komandaya yeni futbolçuların alınması nə dərəcədə mümkündür?
- Heyəti gücləndirməyin vacibliyini başa düşürəm. Bunu etməsək, Premyer Liqa ilə Avropa Liqasında ciddi problemlərlə üzləşə bilərik. Aydın məsələdir ki, qısa müddət ərzində buna nail olmaq çətin olacaq. Çünki alınacaq futbolçu xaraktercə bizim futbol fəlsəfəmizə uyğun olmalıdır, Azərbaycan çempionatında oynamağa motivasiyası olmalıdır. Düzdür, "Qəbələ" artıq qrup mərhələsinə vəsiqə qazandığından, xidmətində maraqlı olduğumuz futbolçular bu keçidə daha tez razılaşacaqlar. Çünki Avropa Liqasında oynamağı əksər futbolçular istəyir. Lakin hazırda konkret namizədlərimiz yoxdur. Bu da məni çox narahat edir. Bir daha təkrar edirəm ki, transfer edə bilməsək, çox çətinliyimiz olacaq.

- Avroliqanın startı ərəfəsində, may ayında demişdiniz ki, bu turnirin finalında oynamağınız üçün ilyarım və ya iki ilə ehtiyacınız var. Mümkündür ki, buna daha tez nail olasınız?
- (gülür) Biz ciddi addım atmağa nail olmuşuq. Daha yüksək səviyyəyə çıxmışıq. Amma sakit və şüurlu olmağa çalışmalıyıq. Heç bir emosiyaya qapılmaq olmaz. Hər şeyə düzgün yanaşmaq lazımdır. Öz səviyyəmizi və imkanlarımızı düzgün qiymətləndirməliyik. Daha da inkişaf etməyə çalışmalıyıq. Hazırda daha da güclənmək barədə düşünürük. Çünki heyətimizdə olan futbolçularla belə gərgin qrafikdə oynamaq çətin olacaq. Ona görə də bu məsələyə görə çox narahatam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.