30 avqust 2015 00:05

Səlahət Ağayev: Xorvatların Bakıda bizə altı qol vuracağını düşünmürəm

Azərbaycan yığmasının və "İnter"in qapıçısı Səlahət Ağayevin azerisport.az saytına müsahibəsi

- Millinin toplanışı necə keçir?
- Hər şey yaxşıdır. Toplanışın ilk günlərində az futbolçu iştirak edirdi. Bu da Avropa Liqasında çıxış edən "Qarabağ"la "Qəbələ"nin futbolçularının düşərgəyə qoşulmamasından irəli gəlirdi. Üstəlik, legionerlər də bizə qoşulmamışdı. Zədə səbəbindən yığmanın toplanışını buraxmışdım. Şadam ki, yenidən milliyə qayıtmışam. Bu, həm də mənim Robert Prosineçkinin rəhbərliyi altında ilk toplanışımdır.

- Onun rəhbərliyi altında məşq etmək necədir?
- Necə qarşılandığım nəzərə alsaq, yeni baş məşqçi ilə komandada hər şey yaxşıdır. Atmosfer kifayət qədər yaxşı nəticələrə ümid etməyə də əsas verir.

- Siz də yaxşı formadasınız, Kamran Ağayev də. Sizcə, Xorvatiya ilə seçmə mərhələ oyununda hansınıza üstünlük veriləcək?
- Çətin ki, Prosineçkidən başqa buna dəqiq cavab verən tapılsın. Şübhəsiz ki, Xorvatiyaya qarşı oynamağı mən də çox istəyirəm. Məşqlərdə də bunun üçün çox çalışıram. Özümü mümkün qədər yaxşı tərəfdən göstərməyə çalışıram.

- Xorvatlar Bakıya çox güclü heyətlə gəlirlər. Altı qol buraxmaq arzusundasınız?
- (gülür) Onların Bakıda da bizə o qədər qol vuracağını düşünmürəm. Həm də millimiz artıq ötən tsikldəki komanda deyil. Rəqib də bunu yaxşı başa düşür. Qapıda hansımız dursa, layiqincə çıxış etməyə çalışacağıq.

- Elə isə, neçə qol buraxacağıq?
- Əsas altı qol buraxmamaqdır (gülür). Amma ciddi olsaq, son oyunlar Azərbaycan yığmsının yüksəlişdə olduğunu göstərdi. Əlbəttə, Xorvatiya Malta və ya Norveç deyil. Amma öz meydanımızda onlarla da mübarizə apara bilərik. Baxmayaraq ki, rəqibin heyətində yüksək səviyyəli futbolçular var və bizə çox çətin olacaq.

- "İnter"də işləriniz necə gedir?
- Bir müddət öncə yeni müqaviləyə əsasən maaşlarımızı aldıq. Büdcə və maaşlarımız artıq əvvəlki kimi deyil. Amma maliyyə durumunun sabitləşməsi sevindirməyə bilməz.

- "İnter" bu büdcə ilə yeni mövsümdə nəyə ümid edir?
- Büdcəmizin az olmasına baxmayaraq, yaxşı heyətimiz var. Biz avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə apara bilərik. Kollektivimiz buna nail olacaq gücdədir.

- Yeni mövsümə startınızı necə qiymətləndirə bilərsinz?
- İlk turda "Xəzər Lənkəran"a məğlubiyyəti nəzərə almasaq, vəziyyət heç də acınacaqlı deyil. 4 xal toplamışıq. Bu da üç tur üçün pis nəticə sayılmamalıdır. Belə oynamağa davam etsək, Avroliqaya vəsiqə qazana bilərik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.