29 avqust 2015 12:00

Raydell Pupon: Qarabağ qrup mərhələsində də uğurlu çıxış etməyə çalışacaq

"Qarabağ"ın hücumçusu Raydell Puponun azerisport.az saytına müsahibəsi

- İlk növbədə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmağınızla bağlı ilkin təəssüratlarınızı bilmək istəyərdik...
- Buna çox şadam. Avropa Liqasının əsas mərhələsində mübarizə aparmaq şansı qazanmağımız çox gözəldir. Şəxsən mənim üçün bu, debütdür. Çünki heç vaxt avrokubokların əsas mərhələsində oynamamışdım. Bu üzdən də özümü ən yaxşı tərəfdən göstərməyə çalışacağam.

- Artıq qrup mərhələsindəki rəqibləriniz bəllidir. Şanslarınızı necə qiymətləndirə bilərsiniz?
- Sadəcə onu deyə bilərəm ki, komandamız ən yaxşı şəkildə çıxış etməyə borcludur. Əlbəttə, rəqiblərimiz güclüdür və bizə heç də asan olmayacaq. Amma əminəm ki, onların hər birini yaxşı analiz edərək, layiqli mübarizə apara biləcəyik. Hər şeyin öz vaxtı var.

- "Qarabağ" İsveçrə "Yanq Boyz"u ilə ev matçında cari mövsümdəki ən yaxşı oyunlarından birini sərfilədi. Siz bu matçla bağlı nə deyə bilərsiniz?
- Oyuna çox yaxşı başladıq. Rəqibin ilk dəqiqələrdə azlıqda qalması, erkən qol da işimizi asanlaşdırdı. Ardından daha iki qol vurduq. Bundan sonra "Yanq Boyz"un matçda dönüş yaratması mümkünsüz idi. Buna nə gücləri, nə də vaxtları çata bilərdi.

- Siz meydana ikinci hissədə çıxsanız da, dərhal qol vəziyyəti yaratdınız...
- Mən "Qarabağ"dakı ilk oyunumdan etibarən belə qol vəziyyətlərini gözləyirdim. Lakin bu oyundakı qol vəziyyətini əldən verməyimə çox üzüldüm.

- Bəs siz niyə həmin epizodda qapının künclərini yox, mərkəzini nişan aldınız?
- (gülür) Elə mən də zərbəni vurandan sonra özümə sual verdim ki, "niyə məhz belə vurdum"? Dşündüm ki, gecə yata bilməyəcəyəm.

- Qarşıda millinin seçmə mərhələ oyunları ilə bağlı iki həftəlik fasilə var...
- Bu fasilə doğrudan da kollektivə müsbət təsir göstərə bilər. Hər birimizin daha yaxşı anlaşması üçün imkan əldə edəcəyik. Bu, xüsusilə də mənim üçün çox vacibdir. Bu, komandaya tam alışmağıma kömək edə bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.