28 avqust 2015 16:00
Robert Prosineçki Qarabağın futbolçusunu millinin toplanışından azad etdi
Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki “Qarabağ” klubunun yarımmüdafiəçisi Elvin Məmmədovu milli komandanın təlim-məşq toplanışından azad edib. Azerisport.az xəbər verir ki, buna səbəb bir neçə gün öncə futbolçunun atasının vəfat etməsidir.
