28 avqust 2015 12:45

Rəşad Sadiqov: Qrupdan çıxmaqla daha bir tarix yazmağa çalışacağıq

"Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Sadiqov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Yunanıstanın "Panatinaikos" klubuna qarşı keçirdikləri cavab matçından (2:2, ilk oyun 0:0) sonra azerisport.az saytının suallarını cavablandırıb:

- Oyunla bağlı nə deyə bilərsiniz?
- Çox gərgin oyun alındı. Rəqibin adı çox şeydən xəbər verir. Amma biz tarixi bir uğura imza atmaq üçün yaxşı şans əldə etmişdik. Bu şansdan da yararlanmağı bacardıq.

- Hesabda iki dəfə önə keçsəniz də, üstünlüyü qoruya bilmədiniz. Matçı məğlub başa vuracağınıza dair qorxu var idi?
- Matçın sonlarında rəqib hesabı bərabərləşdirəndən sonra həyəcan var idi. Rəqib daha güclü təzyiq etməyə başlamışdı. Amma biz lazım olan nəticəni qorumağı bacardıq. Qələbə də qazana bilərdik. Son 15 dəqiqədə çox yaxşı əks-hücumlar təşkil etdik. Sadəcə, onlardan yararlana bilmədik. Bütövlükdə, 2:2 hesabı yaxşı nəticədir. Çünki bu nəticə bizə tarix yazmağa, komandanı ilk dəfə Avroliqanın qrup mərhələsinə çıxarmağa imkan yaratdı.

- Bu, sizin Avroliqanın qrup mərhələsinə ikinci vəsiqənizdir. İlk dəfə buna "Neftçi" ilə nail olmuşdunuz...
- Şadam ki, iki dəfə müxtəlif klublarla Avroliqanın qrup mərhələsində çıxış edəcəyəm.

- Hansı sizin üçün daha qiymətlidir?
- Hər ikisinin mənim üçün öz dəyəri var. Hər ikisi vacibdir. Ona görə də hər komanda ilə qazandığımı bu uğurlar yadımda qalacaq.

- "Qəbələ" ilə yanaşı "Qarabağ" da qrup mərhələsinə vəsiqə qazandı...
- Mən oyundan sonra Rəşad Sadıqova mesaj yazdım və həm öz, həm də klubumuzun adından təbrik etdim. Onlar da artıq bizi təbrik ediblər. Şadam ki, iki Azərbaycan klubu eyni vaxtda Avroliqanın qrupunda mübarizə aparacaq. Bu, ölkə futbolu üçün böyük uğurdur.

- Püşkatmadan nə gözləyirsiniz?
- Asan rəqib gözləməyə dəyməz. Kimin düşməsindən asılı olmayaraq, hər oyunda layiqli çıxış etməyə çalışacağıq.

- Hansı nəticəyə imza atmaq sizin üçün uğur sayılacaq?
- Qrupdan çıxmaq. Belə bir uğura hələ heç bir klubumuz nail olmayıb. Niyə də bu mövsüm biz buna nail olmayaq?

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.