28 avqust 2015 00:35
Qara Qarayev: Çox şadam ki, qrup mərhələsinə vəsiqə qazandıq
"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İsveçrənin "Yanq Boyz" klubuna qarşı keçirdikləri cavab matçını şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 3:0 hesabıyla (ilk oyun 1:0) başa çatan görüşdən sonra bunları söyləyib:
"Yaxşı oyun oldu. Erkən qol vurmağa nail olduq. Rəqib azlıqda qalmasına baxmayaraq, hücumlarını davam etdirirdi. Amma biz onların öz istəyinə çatmaqlarına imkan vermədik. Çox şadam ki, Avroliqanın qrup mərhələsinə vəsiqə qazandıq".
