28 avqust 2015 00:25
Rövnəq Abdullayev: Mərkəzi arenanın qazonu mütləq yenilənməlidir
AFFA prezidenti Rövnəq Abdullayev Tofiq Bəhramov adına Respublika stadionunun qazonunun vəziyyətinə toxunub. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bu məsələ ilə bağlı müvafiq strukturlarla danışıqlar aparılır. Bu qazonu mütləq əvəzləmək lazımdır. Avroliqanın qrup mərhələsinin oyunları yenilənmiş qazonda keçirilməlidir".
