27 avqust 2015 23:50
Qurban Qurbanov: Futbolçular verdikləri sözü tutdular
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İsveçrənin "Yanq Boyz" klubuna qarşı keçirdikləri cavab matçını şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 3:0 hesabıyla (ilk oyun 1:0) başa çatan görüşdən sonra bunları söyləyib:
"Çətin oyun oldu. Rəqib matçın ilk dəqiqələrində azlıqda qaldı. Bu da onların işini çətinləşdirdi. Yaxşı oynadıq. Futbolçular da verdikləri sözü tutdular. Komandanı, rəhbərliyi, azarkeşləri bu qələbə münasibətilə təbrik edirəm".
