27 avqust 2015 23:40
Harald Qamperle: Erkən qol və qırmızı vərəqə oyunumuza təsirsiz ötüşmədi
İsveçrənin "Yanq Boyz" klubunun baş məşqçi əvəzi Harald Qamperle Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri cavab matçını şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:3 hesabıyla (ilk oyun 0:1) uduzduqları matçdan sonra bunları söyləyib:
"Çətin oyun oldu. Hər şeyin belə alınacağını gözləmirdik. Qazonun durumu ilə bağlı heç nə deyə bilmərəm. Çünki hər iki komanda eyni şərtlər altında oynayırdılar. Biz səhvlərə yol verdik. Erkən qol da komandamıza təsir göstərdi. Azlıqda qalmağımız da az əhəmiyyət daşımadı. Amma nə etmək olar? Oyunumuz alınmadı".
