27 avqust 2015 23:30
Rövnəq Abdullayev: İki klubumuzun Avroliqanın qrup mərhələsinə vəsiqə qazanması çox sevindirici olacaq
AFFA prezidenti Rövnəq Abdullayev "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İsveçrənin "Yanq Boyz" klubuna qarşı keçirdiyi cavab oyunundan (3:0, ilk oyun 1:0) sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Qarabağ"ın bu qələbəsinə görə çox şadıq. Artıq "Qəbələ"nin "Panatinaikos"la matçının başa çatmasını gözləyəcəyik. Onlardan da uğur gözləyirik. Azərbaycanın iki klubunun eyni zamanda Avroliqanın qrup mərhələsinə vəsiqə qazanması çox sevindirici olacaq".
