27 avqust 2015 23:20
Tahir Gözəl: Qarabağ möhtəşəm qələbə qazandı
"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İsveçrənin "Yanq Boyz" klubuna qarşı keçirdikləri cavab matçından (3:0, ilk oyun 1:0) sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Əla oyun oldu. Komanda möhtəşəm qələbə qazandı. Çox şadam ki, Əfran İsmayılov da qol vurmağı bacardı. Komandaya yeni transferlər olub-olmayacağını bilmirəm".
