27 avqust 2015 19:30
Aleksandr Çertoqanov: Üç oyuna iki xal bizi qətiyyən qane etmir
"Sumqayıt"ın yarımmüdafiəçisi Aleksandr Çertoqanov komandasının yeni mövsümdəki çıxışını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Neftçi" ilə oyundan öncə eşitmişdim ki, guya biz bu komandaya qəsdən uduzacağıq. Klubumuz heç vaxt belə "oyunlar"a getməyib, getməyəcək də. Üç oyuna cəmi iki xal toplamışıq ki, bu da bizi qətiyyən qane etmir. Əfsuslar olsun ki, elə oyunla "Neftçi"yə uduzduq. Hələ ki, ötən mövsüm sərgilədiyimiz oyunumuzu tapa bilmirik. Buna heç cür bəraət qazandıra bilmərik".
