27 avqust 2015 17:40

Aslan Kərimov: Ola bilər ki, Prosineçki Novruzovu jurnalistləri razı salmaq üçün milliyə dəvət edib

Azərbaycan yığmasının sabiq kapitanı Aslan Kərimov "Qarabağ"la "Qəbələ"nin Avropa Liqasının pley-off mərhələsi çərçivəsində müvafiq olaraq İsveçrə "Yanq Boyz"unu və Yunanıstan "Panatinaikos"unu keçmək şanslarını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, öncə bunları söyləyib:

- "Qəbələ" ilə oyunda daha güclü "Panatinaikos" gözləyirdim. Amma komandamız həmin oyunda yaxşı çıxış etdi. Bir neçə qol vəziyyəti də oldu, sadəcə, qalib gələ bilmədi. Pis nəticə deyil. Səfərdə vurulacaq bir qol növbəti mərhələyə vəsiqə gətirə bilər. Lakin "Qəbələ" üçün çox böyük bir çatışmazlıq var.

- Hansı?
- Bu, Yunanıstan klubunun ev oyununda daha güclü oyun sərgiləməsidir. Bu dəfə biz tam fərqli "Panatinaikos" görəcəyik. Daha aqressiv çıxış edəcəklər. Fanatlarının necə çılğın olduğunu nəzərə alsaq, daha böyük çətinliklə üzləşəcəyik. Şanslara gəldikcə, 60-ın 40-a yunanların xeyrinədir. Lakin hər halda bu komanda vaxtilə Çempionlar Liqasında at oynadan vaxtlardakı kimi deyil.

- Bəs "Qarabağ"?
- "Qarabağ"ın indiki heyətinin ötən illərdəkindən zəif olduğuna dair fikirlərlə razı deyiləm. Sadəcə, yeni futbolçular komandaya tam uyğunlaşa bilməyiblər. Buna baxmayaraq, vəziyyət hər oyunda daha da yaxşılaşır. "Yanq Boyz" üzərində səfər qələbəsi üstünlük yaradıb. Lakin mənə elə gəlir ki, İsveçrə klubu Şotlandiya "Seltik"indən daha güclüdür. Bu komanda öz oyununa, hücum potensialına görə daha təhlükəli təsir bağışlayır. Sadəcə, rəqib komandanın baş məşqçisinin olmaması onların oyununa təsir etdi. Daha çox açıq oyun sərgilədilər.

- Ağdamlılara ev oyununda çətin olacaq?
- Rəqib buraya qədər gəlib çıxıbsa, deməli, sıradan komanda deyil. Səfərdə qazanılan qələbə hələ ümumi uğurdan xəbər vermir. Düzdür, üstünlüyümüz var, amma cavab matçı daha çətin keçəcək.

- Robert Prosineçki Azərbaycan yığmasına 30 futbolçu dəvət edib. Buna münasibətiniz necədir?
- Geniş heyətdir. Fikrimcə, xorvatiyalı mütəxəssis hazırda ən yaxşı formada olan futbolçulara dəvət göndərib. Heyətdə yeni və gənc futbolçular var. Bu, onlar üçün bir şansdır.

- Nurlan Novruzovun bu dəfə milliyə dəvət olunmaı sizə qəribə gəlmədi?
- (gülür) Onun "Bakı"da qollar vurarkən yox, məhz indi niyə çağırılmasının səbəbini deyə bilmərəm. Qarşıda iki çətin oyun var. Belə futbolçunun millinin heyətində olmasının nəyi pisdir ki? Məncə, bu jurnalistlərin də istəyinə uyğundr (gülür). Amma inanmıram ki, o, bu oyunlarda əsas heyətdə meydana çıxsın. Çünki Prosineçkinin məlum heyəti var və onlara güvənir. Novruzovu isə mümkündür ki, onu dəvət etmədiyinə görə tənqid edən jurnalistləri razı salmaq üçün milliyə dəvət edib. (gülür)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.