27 avqust 2015 17:20

Azad Kərimov: Layiqli nəticə qazanıb hamını sevindirərik

“Kəpəz” PFK-nın iki futbolçusu Azad Kərimovla Budaq Nəsirov U-21 yığmasına dəvət alıb. Azerisport.az xəbər verir ki, komanda yoldaşından fərqli, sonuncu gənclər yığmasına ilk dəfədir ki, çağırılır.

Nəsirov klubun mətbuat xidmətinə açıqlamasında U-21 yığmasına dəvət olunmasından danışıb: “Açıq deyirəm, yığmaya çağırılacağımı gözləyirdim. Mənim üçün əsas olan heyətdə möhkəmlənməkdir. Buna kimi aşağı yaş qrupları üzrə komandalara çağırılmışdım. U-21-ə seçilməyim xoşdur. Azarkeşlərə qələbə sözü veririk. Çalışacağıq ki, oyunlardan maksimum xallarla ayrılaq. Bizi çətin oyunlar gözləyir. İnşallah, layiqli nəticə qazanıb hamını sevindirərik".

Gənc yarımmüdafiəçi yığmaya dəvət olunmasında “Kəpəz” və baş məşqçi amilini qabardıb: “Yığmaya çağırılmağıma səbəb “Kəpəz”də daimi oynamağım, start heyətində meydana çıxmağımdır. Xüsusən də, baş məşqçimiz Şahin Diniyevin üzərimdə əməyi böyükdür. O, mənə inandı, əsas heyətdə oynatdı. Oyunuma mükafat da yığmaya dəvət olunmağımdır. Verilən şansdan yararlanıb, bəslənilən ümidləri doğrultmaq əsas məqsədimdir. Hədəflərimdən biri də əsas millidə çıxış etməkdir. Bu da zamanla reallaşacaq”.

Qeyd edək ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində yığmamız “Dalğa Arena”da sentyabrın 4-də Avstriya, sentyabrın 8-də isə Almaniya yığması ilə qarşılaşacaq. Bu oyunlara hazırlıq məqsədilə avqustun 26-dan komanda Bakıda təlim-məşq toplanışına başlayıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.