Rikardinyo: Qəbələ Avropa Liqasının qrup mərhələsinə adlamağı daha çox istəyir, nəinki Panatinaikos
"Qəbələ"nin müdafiəçisi Rikardinyo Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Yunanıstanın "Panatinaikos" klubuna qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizi doğrudan da çətin oyun gözləyir. "Panatinaikos"a öz meydanımızda qalib gələ bilmədik. Bu üzdən də səfər oyununda uğur qazanmağımız lazımdır. Buna nail olacaq gücdə olduğumuza əminəm. Çünki biz pley-offa qədər elə-belə irəliləməmişik. Bu, bizim üçün xüsusi matçdır. Nəticənin bizi sevindirəcəyinə inanıram. Növbəti 90 dəqiqədən sonra qələbəni bayram edəcəyik. Rəqibimizə hörmətlə yanaşırıq. Amma onlarla müqayisədə qrup mərhələsinə vəsiqə qazanmağı biz daha çox istəyirik. Penalti seriyasının olmasını istəmirəm. Baxmayaraq ki, hər şeyə hazır olmaq lazımdır".
