27 avqust 2015 16:00

Arif Əsədov: İki müdafiəçinin yoxluğu Qəbələ üçün ciddi itkidir

"Neftçi"nin sabiq baş məşqçisi Arif Əsədov "Qarabağ"la "Qəbələ"nin Avropa Liqasının pley-off mərhələsi çərçivəsində müvafiq olaraq İsveçrə "Yanq Boyz"unu və Yunanıstan "Panatinaikos"unu keçmək şanslarını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Qarabağ" səfər qələbəsi sayəsində yaxşı üstünlük əldə edib. Amma arxayınlaşmaq olmaz. "Yanq Boyz" uduzsa da, güclü komanda olduğunu göstərdi. Heyətində yaxşı futbolçuların olduğunu da gördük.

"Qəbələ"yə gəlincə, yunanların mərhələ adlamaq şansları 60-ın 40-a daha çoxdur. Lakin ev oyunundakı qolsuz heç-heçənin qəbələlilərə daha çox sərf etdiyini düşünürəm. Çünki komandamızın səfərdə vuracağı bir qol rəqib iki qolla cavab vermək məcburiyyətində qalacaq. Ona görə heç-heçə də "Qəbələ"ni növbəti mərhələyə daşıya biər".

Əsədov Cavid Hüseynov, Ürfan Abbasov və Rafael Santosun "Qəbələ"yə kömək etməməsinə də münasibət bildirib: "Cavidin yoxluğu təbii ki, sözünü deyir. O, son dövrlər yaxşı formada idi. Amma iki müdafiəçinin olmaması hazırda daha ciddi itkidir".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.